<b>“Baku Electronics” işlənmiş telefonu təzə adı ilə satıb?<span style="color:red;"> - ŞİKAYƏT </b>
25 iyul 2018 17:22 (UTC +04:00)

“Baku Electronics” işlənmiş telefonu təzə adı ilə satıb? - ŞİKAYƏT

Bakı sakini “Baku Electronics” mağazasından təzə adı ilə aldığı telefonun daha əvvəl başqasına satılması və mağazalar şəbəkəsinin onu aldatması ilə bağlı mətbuata müraciət edib. Lent.az xəbər verir ki, Ramil Əsədov adlı sakin məşhur elektronika mağazalar şəbəkəsinin ona qarşı dələduzluq etdiyini iddia edib.

Şikayətçi qeyd edib ki, ötən il noyabr ayında “Baku Electronics”dən "İPhone 7 plus" telefonu alıb: “Telefonu açanda gördüm ki, verizon nömrə var. Hansı ki, bu Amerika mobil operatorudur. Bununla bağlı şirkətin 143 məlumat mərkəzinə məlumat verdim. Orada dedilər ki,  Apple şirkəti nömrəni yoxlamaq üçün qoyub. Halbuki Apple şirkətində belə şey mümkün deyil. Daha sonra telefonun seriya nömrəsini apple check coverage saytında yoxladım. Məlumat üçün deyim ki, bu sayt beynəlxalq saytdır və Apple şirkətinin məhsulların yoxlanışı üçün rəsmi mənbədir. Gördüm ki, telefon 14.07.2017 tarixində satılıb. Halbuki, mən 15.11.2017 tarixdə almışam. Artıq bilmirəm telefon 1 gün, yoxsa 1 ay işlənib”.

 

Ramil Əsədov bildirib ki, bundan sonra yenidən “Baku Electronics”ə müraciət edib: “Mənə özünü şirkətin meneceri kimi təqdim edən Rənat adlı şəxs dedi ki, bu sübut deyil: "Elə bir sayt tanımadıqlarını dedilər. Telefonumu qaytarmaq istədim, bildirdi ki, qaytarmaq o yana qalsın, heç dəyişilmir də".

 

Lent.az-ın əməkdaşı şirkətlə əlaqə saxlayıb. Lakin gün ərzində cavab veriləcəyi bildirilsə də, heç bir məlumat verilməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894
avatar

Səlcuq Elçin

Oxşar yazılar