® Visa və CİB Biznes sahibkarlara yönəlik yeni kamapaniyaya başladı!
03 noyabr 2022 10:48 (UTC +04:00)

®Visa və CİB Biznes sahibkarlara yönəlik yeni kamapaniyaya başladı!

Oktyabr ayından etibarən CİB Biznes və Visa şirkətinin ortaq əməkdaşlığı ilə kiçik və orta sahibkarları sevindirəcək yeni bir layihəyə start verildi. Kampaniya çərçivəsidnə Visa kart sahibləri CİB Biznes illik istifadə paketini daha sərfəli şərtlərlə əldə edə bilərlər. Belə ki, standart qiyməti 300 AZN olan illik istifadə paketini sahibkarlar 25 AZN-ə təqdim edilir.

Dünya təcrübəsində artıq bu istiqamətin yetəri qədər məşhur olmasına baxmayaraq Azərbaycanda elektron ticarət və pərakəndə ticarətdə rəqəmsallaşma meyilləri yeni formalaşır. Bu vərdişin formalaşdırılması və xüsusəndə mikro və kiçik sahibkarlara idarə etmənin dijitallaşdırılmasında dəstək məqsədi ilə Visa və CİB Biznes ortaq layihəyə başlayıb.

CİB brendi ödənişlər bazarında artıq 6 ildir fəaliyyət göstərir. “CİB Biznes” dijital dövrün biznes-to-biznes həllidir. Bu həll mikro, kiçik və orta biznes sahiblərinə (KOBlar) biznes proseslərini rəqamsallaşdırmaqda dəstək olan omniçanal idarə etmə rahatlığı təqdim edir. Sahibkarlara inventar idarəetməsi (stock management), müştərilərlə münasibətlər (CRM), satış prosesi, müxtəlif yollar ilə ödənişlərin qəbulu və elektron ticarətin  rəqamsallaşdırılması kimi proseslərin dijital platforma üzərindən təşkilini təklif edir.

Sahibkarlar CİB Biznes mobil əlavəsini yükləyərək çox funksialı idarə etmə sistemi əldə edirlər. Bu sistem vasitəsi ilə onlar anbarlarına nəzarət edə, satış statistikasını izləyə, onlayn satış saytı yaradaraq müştərilərindən onlayn sifarişlərini qəbul edə bilirlər.

Bundan əlavə CİB Biznes sahibkarlara satış zamanı 4 fərqli ödəniş qəbul etmə imkanı təklif edir. Bunlar, nağd, nağdsız yəni hesaba köçürmə yolu ilə, CİB QR və CİB Link ödəniş formalarıdır. Nağd və Nağdsız ödəniş formaları sahibkarlar üçün artıq formalaşmış bir təcrübədir, lakin QR və Link ödənişləri sahibkarlar üçün yeni lakin daha geniş imkanlar təqdim edən həllərdir. Bu həlləri əldə edən sahibkarlar sadəcə QR kodunu göstərə və yaxud CİB Linkini alıcıya göndərərək ödənişləri qəbul edə bilirlər.

Visa və CİB Biznesin sahibkarlara təqdim etdiyi bu kampaniya iki ay davam edəcək.

Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün https://cib.business/visa  saytına keçid edə, CİB Biznesin eyni adlı sosial media hesablarını izləyə və yaxud +994552027155 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Oxşar yazılar