Noyabrın 30-da Bakı Fond Birjasında (BFB) “Unibank” ASC-nin 12 milyon ABŞ dolları həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 1000 ABŞ dolları (8.0%) və 1,019 ABŞ dolları (7.6027%) olan 26 sifariş təqdim edilib. İstiqrazların kəsmə qiyməti 1,000 ABŞ dolları (8%) və orta ölçülmüş qiyməti 1,000.0242 (7.9995%) ABŞ dolları müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 8 %, faiz ödəniş dövrü isə hər 90 təqvim günündən bir təşkil edir.
Qeyd edək ki, yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.