Nazirlər Kabineti “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nı təsdiqləyib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı aşağıdakı kimidir:
Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin SİYAHISI
| Sıra №-si | Sahibkarlıq fəaliyyəti növlərinin təsnifatı (AZT029-2008) | Təsnifat kodu | 
| 1 | 2 | 3 | 
|  | Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi (01492 - barama qurdunun yetişdirilməsi və barama istehsalı; 01491 - arı balının və arı mumunun istehsalı; 01611- bitkiçilik sahəsində xidmətlərin göstərilməsi istisna olmaqla) | 01 | 
|  | Daş kömür və liqnit hasilatı | 05 | 
|  | Xam neft və təbii qaz hasilatı | 06 | 
|  | Metal filizlərin hasilatı | 07 | 
|  | Mədənçıxarma sənayesinin digər sahələri | 08 | 
|  | İçki istehsalı (1107 - mineral sular və digər suların butulkalarda istehsalı; alkoqolsuz içkilərin istehsalı istisna olmaqla) | 11 | 
|  | Tütün məmulatlarının istehsalı | 12 | 
|  | Dərinin aşılanması, rənglənməsi və hazırlanması | 1511 | 
|  | Kağız və karton istehsalı (1721 - büzmələnmiş karton, kağız, karton və kağız taraların istehsalı; 1722 - təsərrüfat-məişət və sanitariya-gigiyena təyinatlı kağız məmulatlarının istehsalı; 1723 - dəftərxana və kağız məmulatlarının istehsalı istisna olmaqla) | 17 | 
| 1 | 2 | 3 | 
|  | Koks və təmizlənmiş neft məhsullarının istehsalı | 19 | 
|  | Kimya sənayesi (20420 - ətriyyat və kosmetika vasitələrinin istehsalı istisna olmaqla) | 20 | 
|  | Rezin və plastmas məmulatların istehsalı (22193 - müxtəlif növ möhürlərin və ştampların hazırlanması; plastik qapı-pəncərə istehsalı istisna olmaqla) | 22 | 
|  | Digər qeyri-metal mineral məhsulların istehsalı (misgərlik fəaliyyəti qalayçılıq fəaliyyəti; yeməkxana saxsı qablarının, digər təsərrüfat və tualet saxsı ləvazimatlarının istehsalı; saxsı məmulatların istehsalı istisna olmaqla) | 23 | 
|  | Metallurgiya sənayesi | 24 | 
|  | Elektrik avadanlıqlarının istehsalı | 27 | 
|  | Maşın və avadanlıqların istehsalı | 28 | 
|  | Avtomobil, qoşqu və yarımqoşquların istehsalı | 29 | 
|  | Sair nəqliyyat vasitələrinin istehsalı | 30 | 
|  | Qazın istehsalı | 35210 | 
|  | Təhlükəsiz tullantıların emalı və ləğv edilməsi | 3821 | 
|  | Təhlükəli tullantıların emalı və ləğv edilməsi | 3822 | 
|  | Digər tullantıların yığılması və məhv edilməsi (zibilin və tullantıların yığılması və daşınması; ictimai yerlərdə zibilin zibil yeşiklərinə yığılması və onların daşınması; küçələrin, yolların, maşın dayanacaqlarının və s. süpürülməsi və sulanması; qar və buzdan təmizlənmə istisna olmaqla) 
 | 39 | 
|  | Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması | 43112 | 
|  | Kəşfiyyat qazıntısı | 43130 | 
| 1 | 2 | 3 | 
|  | Taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı | 46210 | 
|  | Diri heyvanların topdan satışı | 46230 | 
|  | Dəri və gönün topdan satışı | 46240 | 
|  | Kənd təsərrüfatı maşınlarının və avadanlıqlarının topdan satışı | 46610 | 
|  | Dəzgahların topdan satışı | 46620 | 
|  | Dağ-mədən və tikinti, o cümlədən mülki tikinti üçün maşın və avadanlıqların topdan satışı | 46630 | 
|  | Yanacağın topdan satışı | 4671 | 
|  | Metal və metal filizinin topdan satışı | 4672 | 
|  | Meşə materiallarının, tikinti materiallarının və sanitar- texniki avadanlıqların topdan satışı | 46730 | 
|  | Gübrə və aqrokimyəvi məhsulların topdan satışı | 46752 | 
|  | Tullantıların və qırıntıların topdan satışı | 46770 | 
 
                 
                            