Dünən sel səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax avtomobil yolu bu gün qismən bərpa olunub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün birtərəfl hərəkət xətti bərpa olunan yoldan səhər saatlarından sel nəticəsində yola yığılmış lil qatlarının təmizlənməsi və təmir-bərpa işləri davam etdirilir.
Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Bütün bu görülən işlərlə yanaşı ziyan dəymiş elektrik və rabitə dirəklərinin də bərpası işləri aparılır.
Sel fərdi evlərə, iaşə obyektlərinə, fərdi təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda dəymiş ziyanın hesablanması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirir.