"SOCAR “Azəriqaz” İstehsalat Birliyi səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcək. Elə bu məqsədlə keçirilən "Açıq mikrofon" aksiyasının bugünki görüşü sahibkarlara həsr edilib".
Lent.az xəbər verir ki, bunu Birliyin baş direktorun satış üzrə müavini Rəşad Cavadov Salyan rayonunda keçirilən aksiya zamanı bildirib.
Daha sonra çıxış edən KOBİA-nın nümayəndəsi bütün bölgələrdə olduğu kimi Salyanda da sahibkarların müraciətlərini dinləməyə hazır olduqlarını qeyd edib. Mikrofon önünə çıxan sahibkarlar isə bu mövsümdə də məhsul yığımınadək istixanaların qəbul etdiyi təbii qaza görə yaranan debitor borcdan söz açıblar. Onlar bu il də borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş ediblər. Qurum rəsmisi tərəfindən səslənən müraciətlərlə bağlı ətraflı məlumat verilərək məsələnin diqqətdə saxlanılacağı bildirilib.