Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək
14 avqust 2023 10:42 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq.

Aksiya Füzuli Parkının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” avqustun 16-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Fidan İlqar

Oxşar yazılar