Sahibkarlarla növbəti görüş Balakəndə keçiriləcək
24 iyul 2023 17:10 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Balakəndə keçiriləcək

Sahibkarlarla növbəti görüş Balakən rayonunda keçiriləcək.

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Balakən rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin  qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” iyulun 26-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar