Sabah Bakının bu qəsəbələrində qaz kəsiləcək
14 oktyabr 2024 18:09 (UTC +04:00)

Sabah Bakının bu qəsəbələrində qaz kəsiləcək

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar