Rusiyanın  ən varlı milyarderləri   bu il bu qədər PUL İTİRİB
01 noyabr 2022 19:05 (UTC +04:00)

Rusiyanın ən varlı milyarderləri bu il bu qədər PUL İTİRİB

Rusiyanın ən zəngin milyarderlərinin sərvəti 2022-ci ilin əvvəlindən 83,4 milyard dollar azalıb.

Lent.az bildirir ki, bunu “RİA Novosti” Bloomberg Billionaires Index (BBI) məlumatlarına əsasən hesablayıb.

Ən çox pulu “Renova” investisiya şirkətinin direktorlar şurasının sədri Viktor Vekselberq itirib - 11,2 milyard dollar. Onun sərvəti 7,32 milyard dollara qədər azalıb.

Kapitalının bir hissəsini itirənlərin ən zəngini Rusiyanın “Norilsk Nikel” mədən və əritmə şirkətinin əsas sahiblərindən biri Vladimir Potanindir. O, 2022-ci ilin əvvəlindən 1,08 milyard dollar itirib. Hazırda Potaninin 29,8 milyard dolları var.

Reytinqdə hələ də ikinci yerdə olan “Novatek” neft-qaz şirkətinin həmsahibi Leonid Mixelsonun sərvəti nəzərəçarpacaq dərəcədə azalıb. O, 8 milyard dollar yoxsullaşıb və hazırda 27,4 milyard dollar var. Üçüncü yerdə sərvəti 7,78 milyard dollar azalaraq 21,1 milyard dollar olan polad və mədən şirkəti “Severstal”ın baş direktoru Aleksey Mordaşovdur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Oxşar yazılar