Rusiyanın  ən çox varlanan   milyarderi AZƏRBAYCANLIDIR
03 iyul 2023 12:02 (UTC +04:00)

Rusiyanın ən çox varlanan milyarderi AZƏRBAYCANLIDIR

“Bloomberg Billionaires Index”in məlumatına görə, 2023-cü ilin əvvəlindən Rusiya milyarderləri 16,5 milyard dollar zənginləşib.

Lent.az bildirir ki, ümumilikdə, agentliyin məlumatına görə, ən zəngin 500 adam arasında 24 rusiyalı var. Onların ən zəngini “Lukoyl”un təsisçisi Vahid Ələkbərov seçilib – ilin əvvəlindən o, 4,8 milyard qazanıb, kapitalı isə 20,2 milyarda çatıb. Polad şirkəti Direktorlar Şurasının sədri Vladimir Lisin eyni vaxtda 3,22 milyard dollar qazanıb, aktivləri 23,1 milyard dollar dəyərində qiymətləndirilib.

“Novatek” və “Sibur” şirkətlərinin sahiblərindən biri Leonid Mixelson 1,5 milyard dollar varlanıb, sərvəti 26,1 milyard dollara yüksəlib. İkinci ortaq sahibi Gennadi Timçenko sərvətini 13,1 milyard dollara (üstəgəl 1,29 milyard dollar) çatdırıb. “LUKOIL” şirkətinin keçmiş vitse-prezidenti və həmsahibi Leonid Fedunun kapitalı 7,6 milyard dollara (üstəgəl 1,73 milyard dollar) çatıb. “Onexim” qrupunun sahibi Mixail Proxorov 14,7 milyard dollara (üstəgəl 1,46 milyard dollar) varlanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Oxşar yazılar