Rəqəmsal dünyada birlikdə inkişaf edək!®
01 noyabr 2022 15:09 (UTC +04:00)

Rəqəmsal dünyada birlikdə inkişaf edək!®

“Azercell Telekom” MMC “FemTech” tərəfdaşlığı ilə "Her Improvement" layihəsi çərçivəsində yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınları növbəti uzunmüddətli inkişaf proqramına dəvət edir.

Bu aydan başlayaraq gələn il aprel ayına qədər davam proqramda iştirakçılar üçün müasir texnologiyalar və bizneslə bağlı təlimlər nəzərdə tutulub. Eyni zamanda xanımlar proqramlaşdırma dərslərində iştirak etmək, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan Informasiya Texnologiyaları (İT) liderləri və startap təsisçiləri ilə görüşmək şansı qazanacaqlar. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı əldə edəcəklər. Proqramın sonunda qalib komandaya pul mükafatı təqdim olunacaq.

Layihəyə 16-29 yaş arası xanımlardan ibarət 5 nəfərlik komandalar müraciət edə bilər. Proqrama qoşulma tam ödənişsizdir. 6 ay müddətində aktiv iştirak mütləqdir. Qeydiyyatın son tarixi: 20.11.2022. Əlavə məlumat və layihəyə qoşulmaq üçün aşağıdakı linkə keçid almaq lazımdır: https://docs.google.com/forms/d/e/1FAIpQLSey0difMXgoQt85bqSOcbAZDItp3SrSzjiOPAVjEcW6gEq24A/viewform

"Azercell Telekom" uzunmüddətli "Her Improvement" layihəsinin inkişaf mərhələləri barədə KİV vasitəsilə ictimaiyyəti məlumatlandıracaq və proqramın gedişatı ilə bağlı xəbərləri paylaşacaq.

# 1311
avatar

Oxşar yazılar