“QBS Consulting”ın “Azəriqaz”la bağlı sorğusunun  NƏTİCƏLƏRİ
22 dekabr 2023 17:54 (UTC +04:00)

“QBS Consulting”ın “Azəriqaz”la bağlı sorğusunun NƏTİCƏLƏRİ

Abonentlərə göstərilən xidmətin qiymətləndirilməsi və müştəri məmnunluğunun yoxlanılması məqsədi ilə “QBS Consulting” MMC tərəfindən 2000 abonent arasında sorğu keçirilib.

Lent.az xəbər verir ki, birliyin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki xidmətləri, eləcə də 104/185  Çağrı mərkəzinin və Qəza xidmətinin əməkdaşlarının fəaliyyəti barədə abonentlər arasında sorğu aparan “QBS Consulting” MMC son olaraq “Azəriqaz” İB-nin ümumi fəaliyyəti, yenilikləri, elan və bildirişləri necə əldə etmələri ilə bağlı sorğu keçirib.

Respondentlərin ümumi düşüncələrinin öyrənildiyi sorğuda rəyi soruşulanların 63 %-i ümumilikdə Birliyin fəaliyyətini yaxşı qiymətləndirib. 23%-inin münasibəti orta, 8%-nin isə pis olub. Sorğunun nəticələri barədə göstərilən diaqramlardan daha ətraflı məlumat əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036
avatar

Fidan İlqar

Oxşar yazılar