“Bloomberg” agentliyi ABŞ-ın JP Morgan Chase bankının analitiklərinin proqnozlarını yayımlayıb.
Analitiklərin fikrincə, əgər Rusiyaya tətbiq edilən sanksiyalar qarşılığında neft hasilatını azaltmağa davam edilərsə, neftin bir barelinin qiyməti 380 dollara yüksələ bilər.
Analkitiklər bildiriblər ki, Rusiyadan daxil olan neft tədarükünün sutkalıq həcminin 3 milyon barel azalması London birjalarında xammalın qiymətinin 190 dollara çatmasına səbəb olacaq. Əgər ən pis ehtimalla neft tədarükünün gündəlik həcmi 5 milyon barelə qalxarsa, o zaman qiymətlər 380 dollara çata bilər.
Ekspertlər düşünür ki. Rusiya belə bir addım ata bilər. Bu da bir çox ölkəyə ciddi iqtisadi zərbə vuracaq.
Almaniyada keçirilmiş G7 sammitinin yekununa əsasən, iştirakçılar Rusiya neftinin qiymətinin məhdudlaşdırılması üçün razılığa gəliblər. Bu Rusiya neftinin dənizlərdə nəqlinə göstərilən xidmətdən imtina hesabına baş tuta bilər.