Neçə ədəd yuma rejimi bəs edəcək? Paltaryuyan seçəndə digər hansı cəhətlərə diqqət yetirmək vacibdir?
18 may 2021 18:55 (UTC +04:00)

Neçə ədəd yuma rejimi bəs edəcək? Paltaryuyan seçəndə digər hansı cəhətlərə diqqət yetirmək vacibdir?

Paltaryuyan seçəndə xüsusi məsuliyyət hiss olunur. O, çoxlu işləyəcək, səhf buraxmaq isə ixtiyarı olmayacaq. Yuma zamanı sevimli paltarlar körlananda, heç xoş olmur. Beləliklə, yumanı həmişə uğurla bitirən paltayuyana ehtiyac var. Salamatı o, lazımi funksiyalar ilə təchiz olunmalıdır, elektrik enerjisinə qənaət etməlidir və otağınızda yerləşməlidir. Qiymətinin sizə uyğun olması da vacibdir. İlk baxışda bütün modellər oxşar görsənir, lakin seçim etməkdə tələsməyin. Umico sizə paltaryuyanların ən vacib göstəricilərdən baş çıxartmaq kömək edəcək.

Paltaryuyanların TOP 10-u 


1. Qənaətcil və etibarlı – Siemens WS 10K246OE
Bu paltaryuyan Top siyahısına mütəxəssislərin qiymətləndirilməsinə və alıcıların rəylərinə görə düşüb. O, etibarlı paltaryuyan maşınlarının siyahısına da düşüb. Onun məlum müsbət cəhəti – kompaktlığıdır. Korpusun enliyin 44 sm olan bu model kiçik otağa belə uğurla yerləşər. Ölçüləri sizi narahat etməsin, onun barabanına yerləşən paltarların çəkisi 6 kiloqrama çatır. Gözə çarpan digər üstünlüyü – elektrik enerjisinin sərfəli istifadəsidir. Cihaz suyu minimal həcmdə istifadə etməyə vəd edir və ən yaxşı enerji qorunma sinfinə daxildir (markirovkası A+++-dur). Bu modelin xeyli işləmə rejimləri və müxtəlif müasir funksiyaları vardır: su sızıntılarının qarşısın alınması, təsadüfi işə salınmadan qorunması. 


2. Qiymət və keyfiyyətin mükəmməl birləşməsi – Samsung WF8590NLW9
Bu universal model qiyməti və yuma keyfiyyəti ilə bir çox insanları razı qoyacaq. Bu modelin üstünlükləri zəyifliklərdən çoxdur. Maşın kompaktdır (60х45х84 sm) və içinə 6 kiloqramadək paltar yerləşir. Bütün lazımi yuma rejimləri var, əlavə də antibakterial, sürətli yuma, ləkələrin silinməsi, yumasız yaxalama və uşaq paltarları üçün xüsusi rejim. Uyğun rejim tapılmayıbsa, siz həmçinin, ayarlamaları qura və yaddaşda saxlaya bilərsiniz. Bu modelin digər üstünlüyü onun paslanma qarşısını alan xüsusi maddələrlə örtülmüş keramik isidicisidir. Keramik isidicilər metal isidicilərdən daha az sınır. Bu, maşının uzunmüddətli işin təminatıdır. İstehsalçı təhlükəsiz istifadə haqqında da düşünüb: korpusu sızıntılardan qorunub, maşının köpük səviyyəsinin nəzarəti və uşaqlardan qorunması vardır. 


3. Buxar funksiyalı dar paltaryuyan – LG F-2J5HS6W
Cənubi Koreya istehsalçının populyar modellərindən biri. Problemsiz yuma üçün lazım olan bütün cəhətlər bu maşında vardır. Ona 7 kq-dək paltar yükləyə bilərsiniz, əlavə etmə funksiyası da vardır, nəyisə unutmusunuzsa, yuma vaxtı onu əlavə edə bilərsiniz. Bu maşında 14 yuma rejimi var və hər parça üçün uyğun olanı tapacaqsınız. Müxtəlif faydalı əlavələri də vardır: buxarla yuma, qara paltarlar üçün rejim, gecə rejimi, sürətli yuma, super-yaxalama və uşaq paltarları üçün qayğı rejimi. Bu modelin yüksək effektivli sıxması (B sinfi) və yaxşı enerjiyə qənaət edilməsi (A++ sinfi) vardır. Daha bir üstünlüyü – keyfiyyətli detallarıdır. Maşının düz gətirməli mühərriyi var, o, daha səssiz və daha uzunömürlüdür. İstehsalçı zəmanət verir ki, mühərrik azından 10 il işləyəcək. Xoş bonuslardan isə yeni “Steam” texnologiyası, o, özəlliklə üç sikl üçün hazırlanıb: “Körpə geyimi”, “Hipoallerqen”, “Pambıq+Buxar”. Həmçinin, smartfon üçün olan xüsusi tətbiqdə siz sınıqları təyin edə, elektronikaya aid olan səhfləri görə bilərsiniz. 


4. Frontal yükləmə ilə ən yaxşı modellərdən biri – Hotpoint-Ariston AQS73D 29 B
Bu funksional və etibarlı maşın həmçinin, əlverişli qiyməti ilə də sevindirəcək. Model kifayət qədər kompaktdır, dərinliyi 45 sm, lakin, içinə 7 kiloqram paltar yerləşir. Həmçinin, yükləmə zamanı frontal qapının diametrini də dəyərləndirəcəksiniz: paltarları, xüsusən də, həcmli üst geyimləri də içinə toplamaq çox rahatdır. Bu arada, maşının zərif parçalar üçün olan xüsusi rejimi, qırışların qarşısın alınması, ekspress yuması və öncədən yuması da var. Yuma effektivliyi baxımından maşın A sinfinə aiddir, buna görə çətin ləkələri asanlıqla məhv edir. Digər rahat cəhətləri: maye yuyucu üçün xüsusi yer, və 24 saatlıq taymerli planlaşdırılmış işə salınması. Sıxma sürəti – dəqiqə ərzində 1200 dönmə. Enerji sərfiyyatı haqqında narahat olmaya bilərsiniz: maşın A++ sinfinə aiddir və kifayət qədər qənaətcildir. Köpük səviyyəsinə və disbalansa nəzarət, korpusun sızıntılardan qorunması və uşaqlardan qorunması istifadə təhlükəsizliyini təmin edir. 


Bu modeli Umico Market-də seçin. 
5. Vertikal paltaryuyan – Bompani BOCA710/E
Kiçik otaqlar üçün vertikal yüklənməsi olan modellər uyğun gələcək. İtalyan brendindən olan bu model doğrudan da çox kompaktdır, enliyi sadəcə 40 sm-dır. Eyni vaxtda ona 7 kiloqram paltar yükləmək olur. Modelin bütün göstəriciləri çoxsaylı keyfiyyətli yumalar üçün uyğundur: 15 rejim, A və C siniflərə aid olan yumalar, elektron idarəetmə, sızıntılardan qorunma və ən effektiv enerji sərfiyyatı (A+++). 


Bu modeli Umico Market-də seçin 
6. Ən yaxşı quruducu paltaryuyan – AEG L8WBC61SR
Bu quruducu paltaryuyan premial cihazların reytinqində olmalıdır. Bu bütöv ölçülü paltaryuyanın qurutma fuksiyası və barabana 10 kq-dək yüklənməsi var. Barabana buraxmaqdan öncə yuyucu maddəni su ilə qarışdıran ÖKOMix texnologiyası yuyucu tozun və kondisionerin parçada bərabər yayılmasına yol verir. ÖKOPower funksiyası 5 kq paltarı bütöv yuma və qurutma dövrünü cəmi 4 saata keçirtmək imkanını verir. Digər ağıllı texnologiyası – FuzziLogic, vaxtın avtomatik düzəldilməsi.  O, qeyri-tamam yüklənmədə yuma dövrünün vaxtını qısaldır. Bu opsiya sayəsində AEG paltaryuyanları digər istehsalçılara nisbətən daha az su və elektrik enerji sərf edir. Paltar barabanda elə çirklərin təmizlənməsi üçün lazım olan vaxt ərzində qalır, buna görə estetik görüntüsünü itirmir. Təhlükəsiz istifadəni disbalansa, sızıntılara və köpüyün yaranmasına nəzarəti cavabdəhdir. 


Bu modeli Umico Market-də seçin
7. Uşaqlardan qorunma funksiyası olan  – Vestel D 914GDS
Uşaqlarınız varsa, bu, həqiqətən də yaxşı variant olacaq. Birinci növbədə, bu maşın çətin ləkələri həqiqətən təmizləyir, uşaqlı ailələrdə belə hallar tez-tez baş verir. Çirk, ot, qan, uşaq yeməyi, yağ, dondurma, şokolad və digər çətin ləkələri yuya biləcəksiniz. İkincisi, bu modelin İngiltərədə ən prestij sayılan allerqiya ilə mübarizə edən təşkilatın xüsusi antiallerqen Allergy UK proqramı var. Bu proqram həssas dəriyə uyğundur, xüsusi isitmə sayəsində paltarlarınız yuyucu tozun izlərindən və digər təhlükəli çirklənmələrdən təmizlənir. Üçüncüsü, maşına 9 kq-dək paltar yükləmək olar, və, əlbəttə ki, uşaqlardan qorunma funksiyası da vardır. Sizə, hər anaya lazım olduğu kimi, bütün işləri tez yerinə yetirmək lazım olduğu halda, ən qısa yuma proqramı yerinə düşəcək: 2 kq paltarı cəmi 12 dəqiqəqə yuya biləcəksiniz. Bu, super qısa yuma proqramı çirkli paltarları həqiqətən də qısa bir zaman içində yuyacaq, sizin isə xeyli boş vaxtınız qalacaq!


8. Kompakt, ən az səs-küylü maşın – AEG L6SE27SRE
Bu modelin yuma zamanı olan səs-küy səviyyəsi 45 dB-dır, sıxma zamanı isə 73 dB. Bu, maksimal səssiz işi təmin edən mükəmməl göstəricilərdir. Bu paltaryuyanların digər üstünlünlükləri kompaktlığı və yuma keyfiyyətidir. O, AEG 6000 seriyasıda aiddir və ProSense technology® sistemi ilə təchiz olunub, o, gündəlik klassik geyimlərinizi qoruyacaq və köhnəlməni minimuma endirəcək. ProSense hər dövrünün ayarlamalarını çəkiyə görə təyin edir, və lazımi su və elektrik enerjisinin həcmini idarə edir. 


9. Allerqenlərdən qoruyacaq – BOSCH WGA242X0ME
Niyə hətta yumadan sonra paltar allerqiyaya və ya qıcıqlanmaya səbəb ola bilər? Məsələ ondadır ki, hər maşın onları məhv etmir. Bu problemi həll etmək üçün Bosch xüsusi AllergyPlus proqramını icad edib. O, işə salınanda, müəyyən vaxt müddətində daha yüksək yuma temperaturu saxlanılır, və həmçinin, qalan allerqenləri daha effektiv şəkildə yumaq üçün əlavə yuyulma işə salınır. Bu maşında yumadan sonra, paltarda daha az tozcuq, heyvan tükü və toz genələri olacaq. Bu proqram allerqiyadan əziyyət çəkənlər üçün ən uyğun olan və parçaları qoruyan proqram kimi ECARF-dan mükafat alıb. Bu model başqa nəyə görə sevilir? Dəbli dizayn və səssizliyinə görə. Yan divarların xüsusi AntiVibration quruluşu sayəsində onlar qeyri-adi görünür, lakin, korpusun əlavə sərtliyi sayəsində daha az titrəyir. Əlavə olaraq, yaxşılaşdırılmış istilik izolyasiyası da səs səviyyəsini aşağı salır, bütün bunlar Bosch paltaryuyanları hətta sıxma zamanı çox səssiz edir. Yuma nəticələrini siz eşitmirsiz, yalnız görürsünüz. 


10. Ən rahat yükləmə  – Schaub Lorenz SLWTC7232 (ED)
Qapının böyüdülmüş diametri sayəsində (adi 40-45 sm əvəzinə 47 sm) bu maşına paltar yükləmək olduqca rahatdır. 8 kq-lı yükləmə üçün bu, həqiqətən də rahatdır. Bu model hər interyerə uyğun olacaq: zərif gümüşü işlənilməsi və idarəetmə panelinin tünd rəngi modelə həmahəng görüntü bəhş edir. 


Vacib göstəriciləri öyrənirik 
Yükləmə – vertikal və ya frontal 
Paltaryuyanın seçiminə başlamaqdan öncə onun yerini təyin edin. Yer kifayət qədər genişdirsə, adi frontal yükləməli paltaryuyanı seçin. Paltarlar onun içinə korpusun ön tərəfində olan lyukdan yüklənir. Frontal paltaryuyanların standart ölçüləri: enliyi 60 sm, dərinliyi 45-60 sm, hündürlüyü 90 sm-dək. Bu, geniş, lyuku rahat aça biləcəyiniz hamam və ya mətbəx üçün uyğun olan seçimdir. Yer azdırsa, daha kompakt və ya dar maşınları tapa bilərsiniz. Təmir ustalarının fikirlərinə görə, dar maşınlarda detallar daha sıx yerləşir və nəticədə daha tez aradan çıxır. Frontal yükləmənin digər üstünlüyü – belə maşınlar yerə qənaət edir, onları qovuğun altına yerləşdirə, kiçik masa kimi istifadə edə və ya mətbəx mebelinə quraşdıra bilərsiniz. 

Yükləmənin digər növü – vertikal. Belə maşını qovuğun altına və ya mizin üst taxtası altına yerləşdirə bilməyəcəksiniz, lakin onu kiçik otağa qoymaq, yerdən yerə daşımaq olar, o, həqiqətən də az yer tutur, bu, onun əsas fərqlərindəndir. Quruluş növü də fərqlənir, o, daha mürəkkəb olur, və nəticədə belə maşınlar daha baha olur. Onun digər üstünlüyü – yuma zamanı içinə əlavə paltar yükləmək olur. Bütün vertikal modellərin hündürlüyü, dərinliyi və enliyi eynidir. 

Digər qeyri-aşkar, lakin, vacib göstərici – axıdıcı deliyin hündürlüyü. Bu delik paltaryuyanın yerləşdiyi divarda olur. Əgər bu deliyə şlanq çox aşağıdan qoşulsa, maşın yaxşı işləməyə bilər və ya heç yumanı başlamaya bilər. 

Yükləmə həcmi
O, ailə neçə nəfərdən ibarət olduğundan və nə qədər tez yuma etmək ehtiyacınızdan asılıdır. Yuma həcmi dəyərləndirməyə çalışın, çünki ehtiyat üçün daha böyük barabanı almaq yaxşı fikir deyil. 8 kq yükləmə həcmi olan maşında bir-iki paltar yusanız, su xərci sizi təəcübləndirəcək. Optimal yuma həcmini hesablamaq üçün aşağıdakı rəqəmlərə əsaslanın: 

bir-iki nəfərə 4-5 kq bəs edəcək; 
üç-dörd nəfərdən ibarət olan ailəyə 6 kq-lıq model bəs edəcək; 
ailəniz 5 nəfərdən artıqdırsa, 8-9 kq-nı nəzərinizdə saxlayın. 
Evdə körpələr varsa, bu o demək deyil ki, maksimal həcmi seçməlisiniz. Daha məsləhətli ailə tərkibinə uyğun olanı götürmək, lakin, maşın etibarlı olmalıdır və gündə bir neçə dəfə işə salınmağa hazır olmalıdır. 

Yuma keyfiyyəti 
İstehsalçının vəd etdiyi yuma keyfiyyətini maşının sinfindən bilmək olar. O, A-dan G-yə kimi latin hərflərlə ifadə olunur, A – ən yüksək keyfiyyət və çətin ləkələrin yuyulması deməkdir, G sinfindən isə gözləntiləriniz çox olmasın. 

Yuma rejimlərin çoxluğu mükəmməl nəticəyə zəmanət vermir. Müasir paltaryuyanda 14, 16, 20 rejim də ola bilər, lakin, çoxumuz 3-4 rejimdən istifadə edir. Ən vacibləri – sürətli və zərif yuma, pambıq və sintetika. Əlbəttə ki, yun və ya sintetikanı, ipək və ya pambığı yuyanda lazımi rejim seçildikdə, paltaryuyanın avtomatik şəkildə lazımi su temperaturunu və hərlətmə sürətini təyin etməyi çox rahatdır. Misal üçün, yun sərin suda yuyulacaq, pambıq isə daha isti suda. Xüsusi rejimlər də rast gəlir, misal üçün, gecə rejimi, bu halda, paltaryuyan yumadan sonra səs-küylü sıxmaya keçmir. Müxtəlif növ ləkələrin yuyulması üçün proqramlar olur, bəzi modellərdə isə işə başlamanın təxirə salınması da mövcud olur. Allerqiyadan əziyyət çekirsinizsə, buxarlı modeli seçmək məsləhətlidir. İstehsalçılar vəd edir ki, bu rejimdə paltaryuyan istənilən ləkələri kimyəvi maddələr olmadan təmizləyə bilir, ən əsası isə – yüksək temperaturda bakteriyalar və allerqenlər yox olur. 

Sıxma keyfiyyəti 
Sıxma sinfi yuma kimi A-dan G-yə kimi marklanır. O, sıxmadan sonra parçada qalan nəmliyin faizini göstərir. Dönmələrin sayı nə qədəq çox olsa, paltarlar maşından çıxarılanda o qədər də quru olacaq. Amma daha çox daha yaxşı demək deyil. Maşın 1500 dönmədən çox edəndə, səs-küylü olur, paltarlar isə daha tez köhnəlir. Barabanın ən uyğun dönmə sürəti – dəqiqədə 800 dönmədən 1200 dönməyədəkdir, bu B və C sinfləridir (qalan nəmlik 45-54% və 54-63%). Yuyulan paltarların nəmliyi 45%-dən az olanda, o deməkdir ki, maşın A sinfinə aiddir. Ümumi olaraq, bir çox böyük brendlərinin maşınlarında sıxma keyfiyyəti A və ya A+ sinfinə aid olur. 

Paltaryuyandan tamamilə quru paltarları çıxartmaq istəyirsinizsə, qurutma rejimi olan modelləri axtarın. Belə maşınlarda yumadan sonra paltarlara isti hava buraxılır və o, nəmi buxara çevirir. Bu, nəmlik dərəcəsinə nəzarət edən xüsusi datçik vasitəsi ilə həyata keçirilir. Bu əlavə funksiya vaxtınıza qənaət edəcək, çünki siz paltarları asmayacaqsınız və qurutmayacaqsınız, lakin yuma müddəti daha uzun, maşının qiyməti isə daha baha olacaq. 

Enerji sərfiyyatı 
Digər nəzərə alınacaq məqam – enerji sərfiyyatı. Onun eyni dərəcələri vardır, A-dan G-yə kimi. Hərfin yanında bir və yaxud bir neçə “+” ola bilər, bu, maşının daha da qənaətcil olmağını göstərir. Sıxma sinfi ilə eyni tərzdə, bütün maşınlar unifikasiya edilib, və A və ya A+ enerji sərfiyyat rejiminə aiddirlər. Bütün müasir maşınlar 10-12 il öncə buraxılan maşınlara nisbətən daha az su və elektrik enerjisini sərf edir. 

Nəzarət və qorunma 
Köpüyün yaranmasına nəzarət. Yuma zamanı çox vaxt xeyli köpük yarana bilər, xüsusən də, tozu çox əlavə etmisinizsə. Bu, yuma keyfiyyətinə mənfi təsir göstərir, maşın isə tamamilə sına bilər. Köpüyün yaranmasına nəzarət varsa, köpüyün səviyyəsinə xüsusi datçik nəzarət edir, və lazım olduğu halda köpüyün artığını xüsusi nasos ilə toplayır. 
Sızıntılardan qorunma. Maşınların bir çoxunda o, vardır. Sızıntılardan qorunmanın iki növü var: hissəvi (o, şlanqın sızıntıların öhdəsindən gəlir), və tam (o, istənilən bak sızıntılarından da qoruyur).  
Gərginliyin dəyişməsindən qorunma. Bu rejimin iş prinsipi sadədir: gərginlik dərhal dəyişəndə, maşın avtomatik şəkildə sönür. 
Uşaqlardan qorunma. Bu, bütün idarəetmə panelini bloka salan xüsusi rejimdir. Çox vaxt onu işə salmaq və ya söndürmək üçün müəyyən düymələri eyni vaxtda tıklamaq lazım olur. 
Sözsüz ki, müxtəlif istehsalçılardan olan paltaryuyanların çoxluğunda itmək olduqca asandır, xüsusən də, onların əsas göstəriciləri oxşar olanda. “Paltaryuyanı neçə seçmək olar?” sualını özünüzə verirsinizsə, paltaryuyanların əsas göstəricilərindən ibarət olan siyahını nəzərinizdən keçirin. Sizin üçün vacib olan funksiyaları qeyd edin, əlavə funksiyalarda isə qənaət etmək olar. Nəyə əsəslanmaq olur? Yuma sinfinə, sıxmaya və enerji effektivliyinə. Paltaryuyan üçün ayrılan yeri, frontal yüklənmə olan modellərdə barabanı rahat açmaq imkanını da nəzərə alın. Bir dəfəyə nə qədər paltar yumağınız da vacibdir. Paltaryuyanın təhlükəsizlik nəzarətinin olması da vacibdir, o, müasir modellərin bir çoxusunda vardır. Və əlbəttə ki, ipuclarını paltaryuyanların reytinqlərində axtarın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Oxşar yazılar