Sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli istiqamətində keçirilən "Açıq mikrofon" aksiyası Lənkəran şəhərində baş tutub.
Lent.az xəbər verir ki, tədbiri giriş sözü ilə Lənkəran RQİİ-nin rəisi açıq elan edib.
Daha sonra mikrofon önündə sahibkarlarla yanaşı, sakinlər də müraciətlərini ünvanlayıblar. Sahibkarlar qaz sayğacının yerinin dəyişdirilməsi və bəzi hallarda qazın təzyiqinin zəif olması ilə bağlı problemlərini səsləndiriblər. Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən ünvanlanan müraciətlərin araşdırılması üçün müvafiq tapşırıqlar verilib.