“Procter & Gamble” (P&G) şirkəti Azərbaycanda COVID-19 pandemiyası ilə bağlı karantində olan şəxslərə və karantin üçün nəzərdə tutulmuş məkanlara çatdırılması üçün 2.5 ton “Ariel” yuyucu toz, 1 ton “Head & Shoulders” şampunu, 250 litr “Blendamed” diş məcunu, eləcə də minlərlə “Gillette” ülgücü, “Oral-B” diş fırçası və “Always” qadın bezi ayırıb. Şirkət pandemiya əleyhinə mübarizəyə yönəltdiyi məhsulları İcbari Tibbi Sığorta Agentliyinə təhvil verilib.
“Dünyamız gigiyena qaydalarına ciddi riayət etməklə və bir müddət evdə qalaraq təcrid olunmaqla qarşısı alına biləcək bir virusla mübarizə aparır. Şəxsi gigiyena məhsulları və təmizlik vasitələri istehsal edən qlobal brend kimi indi bizim daha böyük səylə işləmək zamanımızdır. P&G ailəsinin üzvü olan Bakı ofisinin əməkdaşları, partnyorlarımız ölkədəki karantin rejimini gözləyərək, əhatə etdiyimiz regionu təmizlik və şəxsi gigiyena vasitələri ilə fasiləsiz təmin edir və insanların məişət həyatını rahatlandıran məhsulların onlar üçün əlçatan olması üçün dayanmadan çalışırlar. Bu günlərdə bizim məhsulların gigiyena və təmizlik vasitələrinə ehtiyacı olanlara çatdırılması çox vacibdir və biz bu yolda bizə yardım edən hər kəsə təşəkkür edirik”, – P&G şirkətinin Qafqaz və Mərkəzi Asiya Respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu belə bildirib.
Yardım Procter & Gamble şirkətinin Avropada COVID-19 pandemiyası əleyhinə fəaliyyətinin tərkib hissəsidir. Procter & Gamble pandemiya dövründə ictimai ehtiyacları dəstəkləmək üçün atdığı təcili addımları üç əsas istiqamətə ayırıb:
Həyati əhəmiyyət daşıyan sağlamlıq xidmətlərinə dəstək: Pandemiyanın təsiri toxunmuş insanlara tibbi xidmət, tibbi ləvazimatlar, gigiyena barədə maarifləndirmə aparılması üçün qeyri-hökumət təşkilatlarına, yardım və xeyriyyə qruplarına dəstək verəcək.
Gündəlik tələbat məhsulları ilə evdə həyatı yaxşılaşdırmaq: P&G bütün markalarından olan məhsullarının istehsalı və distribusiyasını daha böyük səylə davam etdirəcək, yalnız istehlakçılar üçün deyil, həm də COVID-19-a qarşı “ön cəbhə”də mübarizə aparan tibb işçiləri, təcili yardım xidmətləri və ilk müdaxilə edənlərin rahatlığı və güvənini təmin edəcək.
Əl və səth təmizləyiciləri ilə təmin etmək: P&G “ön cəbhə” işçilərini qorumağa kömək etmək üçün istehsalında yenilik edir. İnsanların təhlükəsiz fəaliyyəti, eləcə də xəstəxanalar, səhiyyə müəssisələri və xeyriyyə təşkilatlarının təmin edilməsi üçün Avropadakı bir neçə P&G istehsal sahəsində sanitariya vasitələrinin istehsalına başlanılıb.
Qeyd edək ki, Procter & Gamble (P&G) şirkəti dünyanın 70-dək ölkəsində fəaliyyət göstərir. Şirkətin Pampers, Tide, Ariel, Head & Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard kimi brendlərinin məhsullarından dünya üzrə 5 milyardan çox insan istifadə edir.