Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq Bakcell şirkəti ölkəmizdə həyata keçirilən qenişmiqyaslı qabaqlayıcı tədbirlərə qoşulub. Abunəçilərinin və əməkdaşlarının təhlükəsizliyini təmin etmək və bütün mümkün risklərin qarşısını almaq məqsədilə şirkət müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə atılan addımlara xüsusi dəstək göstərir.
Bakcell, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi tərəfindən yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının tez bir zamanda cavablandırılması üçün pulsuz SMS icazəni təmin edib.
Bu sistemin fəaliyyətə başlaması üçün texniki inteqrasiya tədbirləri qısa müddət ərzində həyata keçirilib. Xidmət işə başlayandan sonra isə Şirkət “Asan Xidmət”lə birlikdə hər gün sistemin monitorinqini aparır.
Bununla yanaşı, 8103 qısa nömrəsinə mesaj göndərilməsi ilə bağlı abunəçilərin suallarının cavablandırıması üçün Şirkətin 555 Əlaqə Mərkəzi və digər müvafiq strukturları gücləndirilmiş iş rejimində çalışır. Müxtəlif mobil cihazlar vasitəsilə 8103 nömrəsinə mesaj göndərə bilməyən abunəçilərə kömək məqsədilə xüsusi video material hazırlanaraq “Bakcell”in sosial media səhifələrində yerləşdirilib (videoya keçid etmək üçün bu linkə daxil olun - https://www.facebook.com/Bakcell/videos/225149435210696/ )
Xatırladaq ki, Bakcell ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.
Həmçinin, Bakcell ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib, xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.
Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər Korporativ Sosial Məsuliyyət təşəbbüsləri də həyata keçirir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər