SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası həftəlik işinə Lerik rayonundan başlayıb.
Lent.az xəbər verir ki, rayonun Kornədi kəndində təşkil edilən “Səyyar qəbul otağı”na Almu kəndinin sakinləri də qatılıb.
Aksiyada ünvanlanan 6 müraciət hər iki kəndin sakinləri adından səsləndirilib. Kənd sakinlərinin isə yeganə xahişi adıçəkilən kəndlərin mavi yanacaqla təchiz edilməsi olub. Görüş zamanı Lənkəran RQİİ-nin rəhbər şəxsləri kənd camaatının müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini bildiriblər.