Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, “Azercosmos”, “4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “İnnovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk “iFest- İnnovasiya və Texnologiya” festivalı keçirilib.
Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Qeyd edək ki, festival ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29)-a həsr olunub və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı altında baş tutub. Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlər, startapların təqdimatı, investor görüşləri, texnologiya şirkətlərinin sərgisi, eləcə də əyləncəli şou proqramlar keçirilib.
Silsilə xarakter daşıyan festivalda “Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar” və “COP29 və İnnovasiya: Dayanıqlı Gələcək üçün İnnovativ Həllər” mövzularında iki panel müzakirələri aparılıb. Kapital Bank-ın kiçik və orta sahibkarlarla iş departamentinin satış şöbəsinin müdiri Rəşad Babayev ilk panelin çıxışçıları arasında müzakirələrdə iştirak edib.
Qeyd edək ki, “iFest-İnnovasiya və Texnologiya” festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
![Kapital Bank-ın baş sponsorluğu ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı baş tutub](https://lent.az/storage/news/2024/july/29/big/66a77ebba025e66a77ebba025f172225298766a77ebba025866a77ebba025b.png)
Kapital Bank-ın baş sponsorluğu ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı baş tutub
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Ətraf mühitin mühafizəsində daha bir təşəbbüs: “Sıfır tullantı” həmrəylik marafonuna start verildi](https://lent.az/storage/news/2024/july/29/big/66a793a1cbfa466a793a1cbfa6172225833766a793a1cbf9f66a793a1cbfa2.jpg)
Ətraf mühitin mühafizəsində daha bir təşəbbüs: “Sıfır tullantı” həmrəylik marafonuna start verildi
29 iyul 2024 , 17:04![Sabah Azərbaycanda 18 min abonentin qazı kəsiləcək](https://lent.az/storage/news/2024/july/29/big/66a78536c4e0566a78536c4e06172225464666a78536c4dfe66a78536c4e02.jpg)
Sabah Azərbaycanda 18 min abonentin qazı kəsiləcək
29 iyul 2024 , 16:02![Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət](https://lent.az/storage/news/2024/july/29/big/66a7705838bcf66a7705838bd1172224930466a7705838bc966a7705838bcc.png)
Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət
29 iyul 2024 , 14:34![“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib](https://lent.az/storage/news/2024/july/27/big/66a47511d8a3966a47511d8a3b172205390566a47511d8a3366a47511d8a36.jpg)
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib
27 iyul 2024 , 08:18![Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət](https://lent.az/storage/news/2024/july/26/big/66a387f434c2766a387f434c28172199320466a387f434c2266a387f434c24.jpg)
Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət
26 iyul 2024 , 15:28![Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6](https://lent.az/storage/news/2024/july/26/big/66a357c1312a566a357c1312a6172198086566a357c1312a066a357c1312a2.jpg)
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6
26 iyul 2024 , 11:58![HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi](https://lent.az/storage/news/2024/july/26/big/66a34ddb907f466a34ddb907f5172197833166a34ddb907ee66a34ddb907f1.jpg)
HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi
26 iyul 2024 , 11:18!["Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir](https://lent.az/storage/news/2024/july/25/big/66a24766434d366a24766434d4172191114266a24766434cf66a24766434d1.jpg)