İşğaldan azad edilən ərazilərə  nə qədər pul xərclənib?   - Nazir AÇIQLADI
16 noyabr 2022 13:13 (UTC +04:00)

İşğaldan azad edilən ərazilərə nə qədər pul xərclənib? - Nazir AÇIQLADI

“Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqların iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib: “Prezidentin azad edilmiş ərazilər bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.

# 1767
avatar

Oxşar yazılar