HUAWEI nova 13 və HUAWEI nova 13i – Gözəllik və Texnologiyanın Birliyi
19 mart 2025 16:26 (UTC +04:00)

HUAWEI nova 13 və HUAWEI nova 13i – Gözəllik və Texnologiyanın Birliyi

HUAWEI nova 13 və HUAWEI nova 13i yalnız texnoloji baxımdan deyil, həm də estetik cəhətdən yüksək səviyyədə hazırlanmışdır. HUAWEI nova 13-in dumanlı yaşıl, ağ və klassik qara rəngləri müasir və dəbli üslub yaradır. HUAWEI nova 13i isə mavi və ağ rənglərdə təqdim edilərək minimalist və gənc auditoriyaya xitab edir. Hər iki model, dizayn və innovasiyanı uğurla birləşdirir.

HUAWEI nova 13 və HUAWEI nova 13i öz futuristik görünüşü ilə diqqət çəkir. Həndəsi tekstura və ulduz orbit halqası bu modellərin fərqliliyini vurğulayır. HUAWEI nova 13-in müasir dizaynı və HUAWEI nova 13i-nin kosmosdan ilhamlanan görüntüsü istifadəçilərə fərqli təcrübə yaşadır. Bu seriya estetik və funksional xüsusiyyətləri ilə yeni nəsil smartfon dizaynının zirvəsində yer alır.

HUAWEI nova 13 və HUAWEI nova 13i – İstifadəçi Üçün Maksimum Rahatlıq

HUAWEI nova 13 və HUAWEI nova 13i ölçü və çəki nisbəti ilə istifadə rahatlığı təmin edir. HUAWEI nova 13 yalnız 6.98 mm qalənlığa malikdir və 195 qram çəkisi ilə yüngül dizayna sahibdir. HUAWEI nova 13i isə daha güclü quruluş üçün 8.4 mm qalınlıq və 199 qram çəki ilə hazırlanıb. Bu smartfonlar, həm şık görünüş, həm də rahat istifadə imkanı təqdim edir.

HUAWEI nova 13 OLED texnologiyası və 1.07 milyard rəng dəstəyi ilə yüksək kontrast və parlaq görüntü təmin edir. HUAWEI nova 13i isə LCD ekranı və 16.7 milyon rəng palitrası ilə canlı və realistik görüntü yaradır. Hər iki model FHD+ həlli ilə dəqiqliyi artırır.

HUAWEI nova 13 güclü Kirin 8000 prosessoru ilə performansda yeni səviyyəyə qalxır. HUAWEI nova 13i Snapdragon™ 680 prosessoru ilə gündəlik istifadə üçün ideal seçimdir. EMUI 14.2 hər iki modelə axıcı və intuitiv interfeys təqdim edir.

HUAWEI nova 13 və HUAWEI nova 13i fotoqrafiya həvəskarları üçün əla seçimdir. AI əsaslı ən yaxşı kadr seçimi funksiyası sayəsində HUAWEI nova 13 çəkdiyiniz hər şəkli daha keyfiyyətli edir, HUAWEI nova 13i isə ağıllı analiz sistemi ilə sizə ən uyğun variantı təqdim edir.

HUAWEI nova 13 və HUAWEI nova 13i – Süni İntellekt ilə Ağıllı Fotoqrafiya

Qrup şəklində foto çəkdirmək zamanı hamının bir yerdə toplaşması və sonra sosial şəbəkələrdə paylaşmaq üçün şəkil seçmək çətinlik yaradırdı. HUAWEI nova 13 seriyasının süni intellektə əsaslanan yeni üz ifadəsi seçmə funksiyası bu problemi aradan qaldırır.

Bu xüsusiyyət, süni intellektin köməyi ilə, seriyalı şəkillərdən hər kəsin ən yaxşı üz ifadəsini olanı seçir və bir fotoda hər kəsi ən yaxşı halda cəmləşdirir. Hətta qrup şəkilində bəzən birinin ifadəsi yaxşı alınmasa belə, bu funksiya həmin anı düzəltməkdə kömək edir. Nəticədə, bu unudulmaz an hər kəsin yaddaşında qalır.

HUAWEI nova 13 50 MP kamera və ultrageniş makrokamera ilə həm portret, həm də mənzərə çəkilişləri üçün mükəmməldir. HUAWEI nova 13i isə 108 MP əsas kamera və müxtəlif çəkiliş rejimləri ilə peşəkar səviyyədə foto və video təcrübəsi yaşadır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar