® "Felis" Türkiyə "Bizim Evdə Final Var" layihəsini mükafatlandırdı
17 noyabr 2022 10:31 (UTC +04:00)

®"Felis" Türkiyə "Bizim Evdə Final Var" layihəsini mükafatlandırdı

Azərbaycanın ən populyar layihələrindən biri olan, bütün ölkəyə səs salan "Final" brendinin məşhur
aparıcı Zaur Baxşəliyəvlə birlikdə ərsəyə gətirdiyi "Bizim Evdə Final Var" layihəsinin səsi Türkiyəyə qədər
gedib çatdı.
Hər kəsin marağını çəkən, fərqli şəhərləri, rayonları və kəndləri gəzərək Final yağı olan ailələrə hədiyyələr
təqdim etdiyimiz bu layihə Qubada başladı, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada yekunlaşdı, son
olaraq da Türkiyədə böyük marağa səbəb olaraq mükafatlandırıldı.
İstehlakçıların maraqla izlədiyi bu layihə ölkəmizə Türkiyədə marketinq və reklam sektorundakı ən
populyar mükafat olan "Felis" mükafatını qazandırdı.
“Final” yağı markası layihəni yaxından izləyən, evinə bu yağ məhsulunu alıb marka əməkdaşlarının
yolunu gözləyən və qonaqpərvərliklə qarşılayan hər kəsə öz minnətdarlığını bildirir, göstərdikləri inama
görə sonsuz təşəkkürünü bildirir!

# 1185
avatar

Oxşar yazılar