Cənubi Koreya Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulub.
Lent.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkə, həmçinin, Rusiya Federasiyası Mərkəzi Bankı ilə bağlı bütün əməliyyatları dayandırıb.
Qeyd edək ki, Cənubi Koreya martın 1-də bütün strateji materialların Rusiyaya ixracını qadağan etmişdi.