“Nongfu Spring” şüşə suyu buraxılan şirkətin yaradıcısı Çjun Şanşan “Hurun” (“Forbes”in çin analoqu) versiyasına görə Çinin ən zəngin adamı olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun kapitalı 455 milyard yuan (təxminən 65 milyard dollar) olaraq qiymətləndirilir. Sahibkar bir il ərzində sərvətini təxminən 65 milyard yuan artırıb. İkinci yerdə “ByteDance”ın yaradıcısı Çjan hang İmin qərarlaşıb. Onun sərvəti 95 milyard yuan azalaraq 245 milyard yuana (35 milyard dollar) düşüb.
Çjun Şanşan
İlk üçlüyü 230 milyard yuan (32,9 milyard dollar) sərvəti ilə Çinin ən böyük litium-ion batareya istehsalçısı “Contemporary Amperex Technology” (CATL) şirkətinin qurucusu Tsen Yuytsyun tamamlayır. Bu il Çinin dollar milyarderlərinin siyahısı 239 nəfər azalaraq 946-ya düşüb.
Çinin varlılarının sərvəti keçən illə müqayisədə 18 faiz azalaraq 3,5 trilyon dollar olub. 2022-ci il reytinqinə daxil olan milyarderlərin əksəriyyəti Pekin, Şençjen və Şanxayda yaşayır. Oktyabr ayında Çinin ən varlı adamları Si Tsinpinin üçüncü müddətə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsindən sonra səhmlərinin ucuzlaşması nəticəsində 9 milyard dollar itirib.