Dövlət proqramı çərçivəsində 2022-ci ilin qazlaşdırma planına uyğun olaraq Lerik rayonunun Babaküçə kəndi qazlaşdırılıb.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, vətəndaşların qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi məqsədilə paylayıcı qaz kəmərlərinin tikinti-quraşdırma işləri yekunlaşdırılaraq qazın verilişi təmin edilib.
Ölkə başçısının şəhid ailələri və qazilərin sosial-məişət qayğılarının diqqətdə saxlanılması tapşırığına uyğun olaraq SOCAR “Azəriqaz” İB tərəfindən kənddə məskunlaşmış 1-ci Qarabağ müharibəsi şəhidi Telman Kazımovun qardaşının fərdi yaşayış evi qazlaşdırılıb.