“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda sərnişinlərə öz tövsiyələrini verib.
Lent.az-ın xəbərinə görə, ADY ilk növbədə şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlməyə tövsiyə edib.
“Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın”, - ADY-nin məlumatında qeyd olunur.
Bildirilir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz.