“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək
11 aprel 2025 12:52 (UTC +04:00)

“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək

“Azərsun Holdinq”in baş sponsorluğu ilə Bakıda, 2-4 May tarixlərində Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalı təşkil olunacaq. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses Art Center-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti  xanım Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə baş tutacaq. Bu ilki festival "Ənənədən Gerçəyə" şüarı ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir.

Üç gün ərzində iştirakçılar yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər.

Festivalın missiyası - İnsanın ruhani və fiziki potensialının harmonik inkişafını təşviq etmək, qədim və müasir biliklər arasında körpü yaratmaq. Festivalın əsas məqsədi isə fərqli mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır. Eyni zamanda festival çərçivəsində, “Made in Azerbaijan” adı altında məhsulların təqdim olunacağı yarmarka təşkil olunacaq. Festivalda iştirak üçün biletlər artıq satışdadır.

Biletləri əldə etmək və festivalla bağlı geniş məlumat almaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

 https://ninesenses.az/nsf25

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar