Azərbaycanlı məşhur milyarder bu qədər  ziyana düşdü
01 sentyabr 2022 18:16 (UTC +04:00)

Azərbaycanlı məşhur milyarder bu qədər ziyana düşdü

Rusiya milyarderləri 2022-ci ilin əvvəlindən təxminən 54 milyard dollar pul itirib.

Lent.az-ın məlumatına görə, "Bloomberg"in Milyarderlər İndeksinə görə, 2022-ci ilin əvvəlindən rusiyalı milyarderlərin ümumi sərvəti təxminən 54 milyard dollar azalıb. Ən çox “Severstal”ın ortağı Aleksey Mordaşov və iş adamı Roman Abramoviç – müvafiq olaraq 7,53 və 7,34 milyard dollar itiriblər. Mordaşovun sərvəti 21,3 milyard dollara, Abramoviçin sərvəti isə 10,7 milyard dollara qədər azalıb.

Bundan əlavə, Vladimir Lisin 5,91 milyard dollar, “Novatek”in ortağı Leonid Mixelson isə 4,18 milyard dollar kasıblaşıb. Reytinqdə onlardan sonra gələn “Lukoiy”un ortaq sahibləri Vahid Ələkbərov və Əlişir Usmanovun itkiləri 2,31 və 2,08 milyard dollar həcmində qiymətləndirilir.

Bununla yanaşı, bəzi yerli milyarderlərin sərvəti artıb. Beləliklə, reytinqdəki ən zəngin rusiyalının, “Norilsk Nikel”in sahibi Vladimir Potaninin kapitalı 2,12 milyard dollar artaraq 33 milyard dollar olub.

Sərvətini ən çox “Phosagro” kimya holdinqinin yaradıcısı Andrey Quryev artıra bilib. Bu ilin əvvəlindən o, 3,33 milyard dollar qazanıb, indi onun kapitalı 11,2 milyard dollardır. “Wildberries”in təsisçisi Tatyana Bakalçuk və USM-nin ortaq sahibi Andrey Skoç da varlanmağı bacarıb. Onların sərvəti müvafiq olaraq 1,1 və 0,5 milyard dollar artıb.

İndeks milyarderlərin sahib olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. "Bloomberg" Milyarderlər İndeksi reytinqində dünyanın 500 ən varlı adamı var. Hazırda siyahıda 26 Rusiya vətəndaşı yer alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2391
avatar

Oxşar yazılar