Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatına görə, 2023-cü ilin əvvəlindən Rusiyanın ən varlı adamlarının ümumi sərvəti 38,575 milyard dollar artıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, indeks milyarderlərin sahib olduqları şirkətlərin səhmlərinin qiyməti əsasında hesablanıb. BBI reytinqi dünyanın 500 ən zəngin adamını siyahıya alır və hazırda 25 Rusiya vətəndaşını əhatə edir. Onların ümumi sərvəti dekabrın 1-nə 316,8 milyard dollar təşkil edib.
“Lukoyl”un yaradıcısı Vahid Ələkbərov digərlərindən qat-qat varlanıb. Yanvar-dekabr aylarında onun sərvəti 9,14 milyard dollar artaraq 24,5 milyard dollara çatıb. “Interros” idarəetmə şirkətinin sahibi və prezidenti Vladimir Potanin ən varlı olaraq qalır. Sahibkar 30,7 milyard dollar sərvəti ilə rusiyalı milyarderlərin reytinqinə başçılıq edir. Reytinqdə ikinci yerdə “Novatek” və “Sibur”un ortaq sahibi Leonid Mixelson (27,3 milyard dollar), üçüncü yerdə isə Ələkbərov qərarlaşıb.
Siyahıda iştirak edənlərin demək olar ki, hamısı il ərzində varlansa da, sərvətlərinin bir hissəsini itirənlər də olub. Ən ciddi itkilərə Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimov məruz qalıb. Onun sərvəti 650 milyon dollar azalaraq 8,34 milyarda düşüb. Ancaq o, bir ay ərzində itkilərini yarıya endirməyi bacarıb. Reytinqin sonuncu pilləsi uzun müddət ərzində dəyişib - onu Moskva İdarəetmə Məktəbinin Skolkovo Məktəbinin təsisçi tərəfdaşı Sergey Popov (5,28 milyard dollar) tutub.