“Avrora Qrup”da yeni təyinatlar olub.
Lent.az-ın məlumatına görə, Elmir Ağayev şirkətin baş direktoru təyin edilib.
Elmir Ağayev bundan sonra şirkətdə Tədarük Zənciri direktorluğu, İstehsalat direktorluğu və Satış direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Qeyd edək ki, Elmir Ağayev bu vaxta qədər “Avrora Qrup”da Tədarük Zənciri direktoru vəzifəsində çalışırdı.
E. Ağayev bundan öncə Azərsun Holdinqə daxil olan Sun Food MMC, Bazarstore MMC ve Al Market MMC şirkətlərində yüksək vəzifələrdə çalışıb. O, 2020-ci ildən “Avrora Qrup”da çalışır.
E.Ağayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Ailəlidir, iki övladı var.
Həmçinin şirkətin digər yeni baş direktoru Sərxan Rəhimlidir.
Sərxan Rəhimli bundan sonra şirkətdə Marketinq direktorluğu, Rəqəmsal Transformasiyalar direktorluğu və Maliyyə direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Qeyd edək ki, S.Rəhimli 2020-ci ildən şirkətə çalışır və o, bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin maliyyə məsələləri üzrə müşaviri vəzifəsini daşıyırdı.
Sərxan Rəhimli bundan öncə Paşa Bankda və İpoteka və Kredit Zəmanəti Fondunda çalışıb. Təhsilini İtaliyada başa vurub. Ailəlidir, iki övladı var.
Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.
Xatırladaq ki, Ceyhun Yusubov da şirkətin yeni baş direktorudur.