ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri Türkiyə iş adamlarını Rusiya ilə ticarət əlaqələrinə görə hədələyib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, idarənin rəsmiləri Türkiyə sahibkarları sorğu-sual etməyə çalışıblar.
Məlumata əsasən, Vaşinqton xüsusilə, Rusiya təşkilatları ilə əməkdaşlıq edən tikinti şirkətlərinin işçilərini hədələyib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı mənzil sektorundan olan iş adamlarından ruslara neçə ev satdıqlarını, qiyməti hansı valyutada formalaşdırdıqlarını, ödənişin hansı kanalla edildiyini soruşub.
Bundan əvvəl də KİV-də ABŞ-ın Türkiyəyə təzyiqlərini artırdığını, şirkətləri sanksiyalar altında olan Rusiya fiziki və hüquqi şəxsləri ilə əməkdaşlığa qarşı xəbərdar etdiyini yazmışdı. ABŞ maliyyə nazirinin birinci müavini Türkiyə şirkətlərini problemlərlə hədələyərək, onların ABŞ-ın məhdudiyyətləri altına düşmək riskinin olduğunu qeyd edib.