İşsiz vətəndaşlara pul verilməsinə başlanıldı - Nazirlik
09 aprel 2020 21:32 (UTC +04:00)

İşsiz vətəndaşlara pul verilməsinə başlanıldı - Nazirlik

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama verib.
Nazirlikdən bildirilib ki, ilk olaraq  10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7455
avatar

Aygün İbrahimli

Oxşar yazılar