“Carol Christian Poell” brendinin od qiymətinə satışa çıxardığı ayaqqabıları görünüşü ilə sosial şəbəkə istifadəçilərini heyrətləndirib.
Lent.az-ın xəbərinə görə, ilk baxışda köhnə, qırışmış qoca kişi ayaqqabılarını xatırladan bu ayaqqabıları, sən demə belə qırışdırmaq üçün xeyli əmək sərf edilirmiş. Bu ayaqqabılar 2200 dollara satılır. İzləyicilər bu geyimləri bəyənməyib, hətta gülüşlə qarşılayıblar.
Bəs siz bu qiymətə almaq istərdiniz?