“Avropa Xəzəryanı ölkələrdən qazı birbaşa almaq istərdi”
“APA-ECONOMICS”in “İnterfax”a istinadən xəbərinə görə, bu bəyanatla layihənin Brüsseldə keçirilən təqdimat mərasimində energetika məsələləri üzrə avrokomissar Günter Ottinger çıxış edib. “Biz bürokratik əngəllər və əsassız məhdudiyyətlər yaratmayacaq, ədalətli tərəfdaş olacağıq” - deyə G.Ottinger qeyd edib.
Avropa Komissiyasının təmsilçisi “Cənub axını”nın nəql marşrutlarının diversifikasiyasında həm Rusiya, həm də Avropa üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Avropa İttifaqı Xəzəryanı ölkələrdən qazı birbaşa almaq istərdi”.
Qeyd edək ki, “Cənub axını” qaz kəməri layihəsi Avropanın qaza olan ehtiyacını Rusiya qazı hesabına ödəməyi nəzərdə tutur. Bu baxımdan “Cənub axını” kəməri Avropa ölkələrinin dəstəklədiyi “Nabucco” layihəsinin birbaşa rəqibidir. Smeta dəyəri 25-30 mlrd. dollar arasında qiymətləndirilən layihənin son marşrutu hələlik müəyyənləşdirilməyib. Kəmərin ümumi uzunluğu 900 km, ötürmə qabiliyyəti ildə 63 mlrd. kubmetr olacaq. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. 2015-ci ilin dekabrında işə salınması gözlənilən kəmərin tikintisi ilə Rusiyanın “Qazprom” şirkəti, İtaliyanın “ENİ” konserni və Fransanın “Electricite de France” (EdF) şirkəti məşğuldur.

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13