Milli Məclis hökumətin hesabatını qəbul etdi
APA-nın məlumatına görə, iclasda çıxış edən deputat Vahid Əhmədov son vaxtlar baş verən süni qiymət artımını monopoliya ilə əlaqələndirib. Deputat, həmçinin qeyd edib ki, 2006-2011-ci illərdə Dövlət Neft Fondundan büdcəyə 20 milyard manat vəsait daxil olub və bu məbləğ büdcənin 30 faizini təşkil edir: “Mən bunun əleyhinə deyiləm. Sadəcə, bu məsələ vergilər və digər büdcəni formalaşdıran orqanlarda arxayınlıq yarada bilər”. Ərzaq təhlükəsizliyi məsələsinə toxunan millət vəkili yatırılan investisiyaların 10-12 faizinin kənd təsərrüfatı sahəsinə ayrılmasının vacibliyini vurğulayıb.
Parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə elmin inkişafının modellərini fikirləşmək lazım olduğunu deyib. Millət vəkili bu gün bütün alim və professor heyətinin hamısının eyni səviyyədə intellektə malik olmadığını vurğulayıb. Millət vəkili, həmçinin alimlərin pensiya çıxandan sonra cüzi məvacib aldığını xatırladıb: “Məhz buna görə alim olmaq istəyən gənclər bu sahəyə maraq göstərmirlər”.
Deputat Yaqub Mahmudov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan söz açıb, yoxsulluq səviyyəsinin azaldığını deyib. Deputat bəzi qüvvələri Azərbaycanda aranı qarışdırmaqda ittiham edib: «Xarici ölkələrdəki ağalarının düdüyünü çalanlara, dönüklərə müraciət edirəm ki, ölkədə asayişi pozmasınlar. Biz bilirik ki, bu barmaqlar ərəb ölkələrinə də haradan gəlir. Ölkəni qarışdırmasınlar».
Deputat təmsil etdiyi Şəki şəhərini bütünlükdə qoruq-muzey elan edilməsini təklif edib.
Vitse-spiker Valeh Ələsgərov isə çıxışında deyib ki, hökumət böhran dövründə manatın məzənnəsini qoruyub saxlaya bilib.
Deputat Əli Məsimli sovet dövründə əhalinin banklarda batmış əmanətlərinin qaytarılması ilə bağlı məsələnin yubanmasından narahat olduğunu bildirib. O, «Batmış əmanətlərin qaytarılması haqqında» qanun layihəsi hazırlayaraq, bir neçə il əvvəl Milli Məclis Aparatına təqdim etdiyini söyləyib.
Deputat Fazil Mustafa isə hökumətin hesabatını natamam adlandırıb və ölkədəki sosial-iqtisadi reallığı əks etdirmədiyini vurğulayıb: «Hesabatda göstərilir ki, prezident tərəfindən Nazirlər Kabineti qarşısında 17 məsələ qoyulub. Bunlardan yalnız 11-12-si qismən yerinə yetirilib. O zaman bunu necə müsbət qiymətləndirmək olar?» Deputat müəllimlərin, həkimlərin və polisin maaşının artırılmasını təklif edib. F. Mustafa hökumətin istefa verməsini və hakimiyyətin YAP-ın gənc kadrlarına ötürülməsini təklif edib.
Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, baş nazir hesabatı elmi riyaziyyat səviyyəsində izah edib. “Hesabatı tənqid edən bəzi deputatların isə elmi riyaziyyatdan xəbərləri belə yoxdur” deyən vitse-spiker iqtisadi və hərbi sahədə əldə edilmiş uğurları sadalayıb: «Hələ 15-20 il də dövlət büdcəsinə neftdən transferlər olacaq. Bizim neftimiz var. Niyə istifadə eləməməliyik? Bundan geninə-boluna istifadə eləməliyik. Allah verib, niyə istifadə eləməyək?»
Spiker Oqtay Əsədov isə deyib ki, hesabat yüksək səviyyədə hazırlanıb.
Daha sonra hesabat səsə qoyularaq nəfər 107 lehinə, 3 əleyhinə olmaqla qəbul edilib.

754