İqtisadçılardan hökumətə 16 tövsiyə
Son illər Azərbaycan iqtisadiyyatında real iqtisadi artım tempinin dinamikasında müəyyən qədər azalma müşahidə olunur.
Lent.az-ın məlumatına görə, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Milli Büdcə Qrupunun (MBQ) hökumətin 2010-ci il üzrə makroiqtisadi fəaliyyəti üzrə hazırladığı hesabata həsr olunmuş dəyirmi masada belə deyib. Onun sözlərinə görə, son illər Azərbaycanda texnoloji məhsuldarlıq göstəricisinin rolu kapital akkumlyasiyasına nisbətən bir qədər azalıb. Belə ki, ÜDM-in strukturunda sənaye və aqrar sektorun payı azalıb, xidmət sektorunun payı isə nisbi olaraq genişlənib.
Qubad İbadoğlu deyib ki, ÜDM-in infrastrukturunda sənayenin və aqrar sektorun payı azalır, xidmət sektorunun ÜDM-dəki payı isə 27 faizədək yüksəlib. Onun fikrincə, bu tendensiya 1024-ü ilədək davam edəcək və ÜDM-də xidmət sektorunun payı 35 faizədək yüksələcək: “Son illər ixracın strukturunda neft və neft məhsullarının payı 90 faizdən aşağı düşür. Əgər sektorda çalışanların bir ildə əldə etdikləri gəlir 1427 manatdırsa, xidmət sektorunda bu, 7000 manatdır. Üstəlik 2009-cu ildə qeyri-neft sektorunda artım səngiyib və indi bu sektorun ÜDM-dəki payı 39,4 faiz təşkil edir”.
Ekspert onu da deyib ki, hazırda qeyri-neft sektorunda ən inkişaf etmiş sahə turizm və rabitə sahəsidir. Ancaq onun fikrincə, təkcə bu iki sahə qeyri-neft sektoruna davamlı olaraq, töhfə verə bilməz: “Rəsmi yoxsulluq səviyyəsinin azaldığı Azərbaycan iqtisadiyyatında əmək məhsuldarlığı problemi, həmçinin ciddi sektoral əmək haqqı diferensiasiyası mövcuddur. Ölkədə məşğulluq səviyyəsi artsa da, məşğulluğun davamlı olması və əmək bazarında peşəkar işçi resursları çatışmazlığı problemi qalmaqdadır”.
Qubad İbadoğlu 2006-2010-cu illərdə büdcə xərclərinin 43,408,4 milyon manat, ARDNF-nin transfersiz xərcləmələrinin isə 2.213,5 milyon olmasını, bu vəsaitlərin birlikdə həmin dövrə formalaşmış ÜDM-in 28,4 faizini təşkil etməsini ciddi siqnal kimi dəyərləndirib. Onun fikrincə, Dövlət Neft Fondundan investisiya və sosial layihələrə birbaşa vəsaitlər ayrılması büdcənin dövlət xərcləmələrinin vahid mənbəyi olmasına mane olur: “Heç kimə sirr deyil ki, Azərbaycanın neft və qaz ehtiyatlarının həcmi məhdud olduğu üçün, iri miqyaslı hasilat zaman etibarı ilə məhdud dövrdə davam edəcək. Bununla bağlı yerli və xarici analitiklərin proqnozları arasında daha çox fərq yaradan yalnız neftin dünya bazar qiymətlərinin dəyişkənliyidir. Bu isə fiskal risklərin yaranmasına gətirib çıxardığından həyata keçirilən siyasətin daha çox ölçülüb biçilməsini və tənzimlənməsini, biz sözlə optimallaşdıırlmasını tələb edir”.
Millət vəkili Vahid Əhmədov isə bildirib ki, isə dövlət büdcəsinin gəlir və xərclərinin ildən-ilə artdığı halda ÜDM-in infrastrukturunun dəyişməməsinin ciddi narahatlıq doğurduğunu deyib. Aqrar sektoru ölkə iqtisadiyyatının ən yaralı yeri kimi dəyərləndirən millət vəkili hökumətin bu sahəyə diqqəti artırmalı olduğunu söyləyib. Onun sözlərinə görə, qeyri-neft sektorunda artım tempinin səngiməsi, ÜDM-in strukturunda ciddi dəyişikliklərin müşahidə olunmaması ölkə iqtisadiyyatı üçün çox ciddi risklər yaradır.
Vahid Əhmədov son vaxtlar ölkə başçısının tapşırığı ilə korrupsiya əleyhinə aparılan tədbirlərin iqtisadi duruma mümkün təsirlərindən də danışıb. O qeyd edib ki, antikorrupsiya tədbirləri kampaniya xarakterli olmaması üçün kompleks tədbirlər görülməlidir. Bu tədbirlərdən biri kimi büdcə təşkilatlarında çalışanların məvaciblərinin qaldırılmasının vacibliyini önə çəkib: “Hökumət büdcə təşkilatlarında çalışanların əməkhaqqısına yenidən baxmalıdır. Korrupsiyaya qarşı mübarizə aparılırsa, ölkədə əməkhaqqının artırılması çox vacibdir. Çünki bu addımların hamısı dövlət büdcəsinə, iqtisadiyyata təsir edən ciddi amildir”.
Tədbirdə millət vəkili Rasim Musabəyov, iqtisadçı ekspertlər Kənan Aslanlı, İlham Şaban, Sevgim Rəhmanov və digərləri çıxış edərək Azərbaycanda iqtisadi artımın mənbələri, ÜDM-in komponent dəyişiklikləri və makroiqtisadi struktur problemlərinə dair fikirlərini bölüşüblər. Ekspertlər neft gəlirlərinin xərclənməsi siyasətindəki kəskin artımlar makroiqtisadi sabitlik üçün təhlükəyə yol açdığını əsas gətirərək bu sahədə ciddi dəyişiklərin tərəfdarı olduğunu söyləyiblər.
Sonda qərara alınıb ki, Milli Büdcə Qrupunun ekspertlərinin hazırladığı 16 bənddən ibarət tövsiyə paketi hökumətə təqdim olunsun.
Elxan SALAHOV

652