Mal əti bir ayda 9 faiz bahalaşıb
Dövlət Statistika Komitəsi 2011-ci ilin yanvar ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsinin göstəricilərini açıqlayıb.
Komitədən Lent.az-a verilən məlumata görə, yanvar ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,2 faiz bahalaşıb. Birillik və ikiillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 4,7 faiz, arpanın 0,2 faiz, noxudun 0,2 faiz, kartofun 1,7 faiz, yem bitkilərinin 1,7 faiz, baş soğanın qiymətlərində də 0,7 faiz bahalaşma qeydə alınıb. Bununla yanaşı bəzi məhsullarda ucuzlaşma da qeydə alınıb. Belə ki, buğdanın 0,3 faiz, kələmin 0,1 faiz, keşnişin 0,5 faiz, cəfərinin 0,4 faiz, pomidorun 0,2 faiz, qırmızı turpun qiyməti 0,5 faiz aşağı düşüb.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ötən ay çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 0,9 faiz, narın 23,2 faiz, almanın 22,7 faiz, armudun 0,6 faiz, heyvanın 0,5 faiz, şabalıdın 5,7 faiz, fındığın 8,8 faiz, qozun istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb. Limonun 0,6 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşıb.
Yanvar ayında bahalaşan kənd təsərrüfatı məhsulları arasında ət və süd məhsulları da var. Belə ki, diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,3 faiz, mal ətinin (diri çəkidə) 9,0 faiz, inək südünün 0,7 faiz, camış südünün 0,9 faiz, ana qoyunun 1,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, keçinin 3,3 faiz, donuz ətinin (diri çəkidə) 25,5 faiz, diri qazların 28,9 faiz, yumurtanın qiymətləri 1,4 faiz bahalaşıb. Qoyun və keçilərin qırxılmış və yuyulmamış yununun qiyməti isə 0,1 faiz ucuzlaşıb.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16