Rüfət Abbasov “Azercell”dən “Bank of Azerbaijan”a getdi
“Yeni iş yerimdə gəlirim daha çox olacaq, ancaq əsas bu deyil...”
Rüfət Abbasov iyulun 24-də “Azercell-Telekom” MMC-nin mətbuat katibi vəzifəsindən gedəcək. Bu barədə Lent.az-ın sualını cavablayarkən R.Abbasov özü məlumat verib.
Azercell”-də artıq 4 ildir çalışdığını xatırladan Abbasov bu müddətin özü üçün çox önəmli olduğunu vurğulayıb: “Çünki bu müddət ərzində mən pr mütəxəssisi kimi çox şey öyrənmişəm, “Azercell”in imkanları sayəsində özümü inkişaf etdirmişəm, çoxlu dost tapmışam. Ancaq artıq özümü başqa sahədə sınamağımın zamanı gəlib. Belə ki, mən iyulun 27-dən etibarən “Bank of Azerbaijan”da Kommunikasiya şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayacağam. Yeni iş yerimdə də peşəkarlardan ibarət kollektivlə çalışmaq mənim üçün böyük bir zövq olacaq. Əminəm ki, bu kommersiya qurumunun bir üzvü olaraq “Bank of Azerbaijan”ın inkişaf etdirilməsində, ölkə bankları arasında liderə çevrilmək istiqamətində çox işlər görəcəyik. Fikrimcə pr-çı olaraq özümü orada daha çox realizə etmək imkanlarım olacaq. Ancaq bütün bunlarla yanaşı mən “Azercell” rəhbərliyinə və kollektivinə də minnətdaram. Çünki onlar ötən 4 il ərzində mənim yanımda olublar, dəstək veriblər. Şirkətdən getməzdən əvvəl də məni buraxmaq istəmirdilər. Ancaq fikrimcə, artıq zaman çatıb. Mən Əli bəylə (“Azercell-Telekom” MMC-nin prezidenti Əli Ağan nəzərdə tutulur – Lent.az) görüşdə də dedim ki, ən yaxşı gediş, zamanında getməkdir”.
Mətbuat katibi ötən 4 ildə ona dəstək olduqlarına görə baş redaktorlara və sıravi jurnalistlərə də minnətdarlıq etməyi unutmayıb: “Ümid edirəm ki, yeni iş yerimdə onlarla əməkdaşlığımız daha məhsuldar olacaq”.
R.Abbasov konkret məbləğ açıqlamasa da, yeni iş yerində daha çox qazanacağını açıqlayıb: “Təbii ki, yeni iş yerimdə gəlirim daha çox olacaq. Ancaq əsas bu deyil, əsas özümü realizə etmək imkanlarımdır”.
Rüfət Abbasov Azərbaycanın ən çox ödənilən pr mütəxəssislərindən biridir.
Onu da bildirək ki, bu gün Prezidentin İşlər İdarəsinin “Kitab Evi”ndə Rüfət Abbasovun “?” kitabının təqdimat mərasimi keçiriləcək. Abbasov təqdimat mərasimində “Azercell”dən getməsi və yeni iş yeri barədə geniş məlumat verəcək.
Qeyd edək ki, Abbasov Rüfət Aydın oğlu 1984-cü il mayın 22-də Bakıda anadan olub. Çox gənc yaşlarından jurnalist fəaliyyətinə başlayıb və artıq 10 ildən artıq təcrübəsi var. Jurnalistika və Beynəlxalq İqtisadi Münasibətlər sahəsində ali təhsil alaraq peşəkar karyerasını 11 yaşında “Olaylar” İnformasiya Agentliyində və eyniadlı qəzetdə başlayıb. Daha sonra “Trend” agentliyində çalışıb və 2003 ilin əvvəlindən 2006-cı ilin sonuna qədər “Reuters” Beynəlxalq İnformasiya Agentliyində müxbir işləyib.
Amerikanın nüfuzlu “Bloomberg” agentliyində təcrübə keçib.
“Newsweek”, İngiltərənin IWPR (Institute of War and Peace Reporting), Amerikanın “Eurasia.net”, Dünya Bankının rəsmi səhifəsi, “Exo”, “Caspian Business News”, “525-ci qəzet” qəzetləri, “Day.az” xəbər portalı və digər beynəlxalq və yerli Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq edib.
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin “Futures Leaders Visitors” proqramının məzunudur.
Dünya Səhiyyə Təşkilatının Ünsiyyət Şəbəkəsinin və Azərbaycan Media Mərkəzin İdarə Heyətinin üzvüdür.
Britaniya hökumətinin maliyyə dəstəyi ilə British Council tərəfindən həyata keçirilən uzunmüddətli layihə çərçivəsində Azərbaycan regionlarında jurnalistlər üçün treninqlərdə mühazirəçi kimi çıxış edib. Eyni zamanda PR mütəxəssisləri üçün treninq keçib.
Soros Fondunun dəstəyi ilə jurnalist araşdırması layihəsini həyata keçirib. Bir sıra yazı müsabiqələrinin qalibidir.
2006-cı ilin sonundan indiyədək “Azercell Telekom” MMC-də mətbuat katibi vəzifəsində çalışırdı.
Pərvin ABBASOV

1358