Xəzərdə mnemiopsis təhlükəsi: vəziyyət sabitləşir
Xəzərin ekoloji vəziyyəti son 30-50 il ərzində təbii və antropogen amillərin təsiri nəticəsində əhəmiyyətli dərəcədə dəyişib.
Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər dənizi qapalı su hövzəsi olduğundan tarixən yeni gəlmə növlərin axınına (invaziyasına) məruz qalıb.
Son əsr ərzində Xəzərə 150-yə yaxın plankton və bentosa aid onurğasız heyvanların gəlmə növlərinin axını olub və bu da dəniz ekosistemində növlər arasında nisbətin, say və biokütlənin dəyişməsi, ümumən bütün Xəzər ekosisteminin adekvat reaksiyası ilə nəticələnib. Bu cür reaksiya artıq 10 ildir ki, müşahidə olunur.
Amerikanın Atlantika sahillərinə məxsus olan Mnemiopsis növünə 1987-ci ildə Qara dənizdə, 1990-cı ildə Azov dənizində təsadüf olunub. Xəzər dənizinə isə bu növ 1999-cu ildə Volqa– Don kanalı vasitəsilə ilə gəlib. Yeni biotopu olan Xəzər dənizində rəqibi ilə rastlaşmayan Mnemiopsis növü kilkə balıqlarının əsas yemini təşkil edən zooplanktonla qidalandığı üçün Xəzərin relikt ekosisteminin bütün halqalarına, əsasən də dənizdə balıqların ümumi kütləsinin 60 faizini təşkil edən kilkə balıqlarına mənfi təsir göstərib, eyni zamanda, zooplanktonun sayının və biokütləsinin 10 dəfəyə qədər azalmasına səbəb olub. Bu da öz növbəsində kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların (məsələn, siyənəklərin, nərəkimilərin) və suitilərin sayının azalmasına və vəziyyətinə mənfi təsir göstərib. Kilkə balıqlarının ehtiyatı Xəzərdə endemik olan bu növlərin sayının stabil olmasını təmin edir.
Analoji olaraq, keçmiş əsrin 80-ci illərində Mnemiopsis növünün axını Qara dənizdə kilkələrin kütləvi ölümünə və nəticədə daha böyük balıq növlərinin sayının 300-400 dəfə azalmasına səbəb olub. Hətta Mnemiopsisin rəqibi olan Beroyenin (Beroe Ovata) süni şəkildə Qara dənizə gətirilməsindən 10 il keçməsinə baxmayaraq, bütün ekosistemin vəziyyəti stabilləşsə də, Mnemiopsis növünün say və biokütləsi əhəmiyyətli dərəcədə azalmayıb.
Gəlmə Mnemiopsis növünün ilkin dövrdə say və biokütləsinin əhəmiyyətli dərəcədə artması və axınına qarşı bütövlükdə dəniz ekosisteminin cavab reaksiyasından sonra, son üç il ərzində Xəzərin ekosistemində müsbət kompensasiyalı stabilləşmə tendensiyası müşahidə olunur.
Xəzərin şimal və orta hissəsində ekosistemin stabilləşməsi prosesi nisbətən daha gözə çarpacaq dərəcədə baş verir və yaxın zamanlarda bu prosesin Xəzərin cənubunda da gedəcəyi gözlənilir. Bu da Mnemiopsislə bioloji mübarizədə Beroyenin Xəzər dənizinə gətirilməsinə ehtiyac olmadığına dəlalət edir.

576