“Azərikimya” açıq müsabiqə elan etdi
ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi Yeni Susoyutma Sistemi qurğusunun tikilməsi məqsədi ilə etibarən açıq müsabiqə elan edib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinə daxil olan müəssisələrin texnoloji tələblərinə cavab verən Yeni Susoyutma Sisteminin inşası üçün elan olunmuş müsabiqədə bu sahədə ixtisaslaşmış və müəyyən təcrübə qazanmış iddiaçılar iştirak edə bilərlər.
“Azərikimya”-nın bununla bağlı verdiyi elanda Yeni Susoyutma Sistemi qurğusu layihəsinin həyata keçirilməsində tələb olunan əsas sərtlər göstərilib:
- Layihənin “açar təhvili” şərti ilə həyata keçirilməsi;
- Tələb olunan texniki göstəricilərə cavab verilməsi;
- Təklif olunan avadanlıq və qurğuların keyfiyyət göstəriciləri;
- Təhlükəsiz və səmərəli iş rejimlərinin təminatı.
Müsabiqədə iştirak etmək istəyənlər 15 noyabr saat 17:00-dan gec olmayaraq poçt və ya E-mail (elektron poçt) vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Müsabiqədə iştirak etmək haqqında müraciət;
- İddiaçının son üç ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və ünvanı;
- Analoji layihələrdə təcrübəsi (referens-list), potensialı, texniki və kadr imkanları haqqında məlumat.
İddiaçıların prekvalifikasiyası aparıldıqdan sonra tələb olunan təcrübəyə, texniki və maliyyə resurslarına malik olan iştirakçılara Texniki tapşırıq - əsas şərtlər toplusu təqdim olunacaq. Bundan sonra iştirakçılar əsas şərtlər toplusunda göstərilmiş iş həcminə uyğun texniki və kommersiya təkliflərini bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 10 dekabr saat 15:00-dan gec olmayaraq təqdim etməlidirlər. Müsabiqə təklifləri və tələb olunan digər sənədlər Azərbaycan, rus və ya ingilis dillərində zərfdə təqdim edilə bilər. İddiaçıların Müsabiqəyə təqdim etdikləri zərflər “Azərikimya” İstehsalat Birliyində B-də 10 dekabr saat 16.00-da açılacaq.

745