“Bakıelektrikşəbəkə” seçki ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
ASC-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri sərəncam imzalayıb. Sərəncama əsasən, yarana biləcək qəzaların qarşısının operativ olaraq alınması məqsədilə əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.
“Bakıelektrikşəbəkə”də bildirirlər ki, bu qış ötən ilki illərdən fərqli olaraq elektrik enerjisi təchizatı baxımından daha uğurlu keçəcək. Son 4 il ərzində paytaxtın elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri bunu deməyə əsas verir. Görülən işlərin nəticəsində şəbəkənin gücü 53 faiz artaraq 4808 MVA təşkil edir.
Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
Elxan SALAHOV

Oxşar yazılar

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36