Prezident İlham Əliyev metropolitenin inkişaf perspektivləri ilə bağlı toplantı keçirib
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı üçün mühüm layihələrin həyata keçirildiyini və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini bildirib. Hazırda ən müasir körpülərin və yol ötürücülərinin tikildiyini, yeni yolların istifadəyə verildiyini bildirən Prezident İlham Əliyev deyib ki, nəqliyyat sektoru həm paytaxtda, həm də regionlarda uğurla inkişaf edir. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsaitin yol infrastrukturunun inkişafı üçün ayrıldığını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu işlər əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədini daşıyır. Bakının yol infrastrukturunun müasirləşməsi, tıxacların aradan qaldırılması istiqamətində görülən mühüm işlərdən danışan dövlət başçısı metropolitenin nəqliyyat növü kimi böyük əhəmiyyət daşıdığını qeyd edib.
Metronun şəhər nəqliyyatının mühüm hissəsini təşkil etdiyini deyən Prezident İlham Əliyev bu nəqliyyat növünün ödəniş haqlarının aşağı səviyyədə saxlanılmasının sosial məsələlərin həllinə də töhfə olduğunu söyləyib.
İclasda “Azərtunelmetrotikinti” ASC-nin sədri Şaiq Əfəndiyev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxış ediblər.
Sonra Bakı şəhərində metropoliten şəbəkəsinin prioritet istiqamətləri və bu sahədə həyata keçiriləcək işlərlə bağlı konkret məsələlər ətrafında müzakirələr aparılıb.
Prezident İlham Əliyevə Bakı Metropoliteninin inkişaf planının sxemləri və təklif olunan metro xətlərinin istiqamətləri barədə məlumat verilib.
Dövlət başçısı metropolitenin inkişaf planının ayrı-ayrı mərhələlər əsasında prioritetləri müəyyənləşdirilməklə həyata keçirilməsinin vacibliyini bildirib, bu istiqamətdə görüləcək işlərlə bağlı müvafiq tövsiyələrini verib.

Oxşar yazılar

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36