Neft pullarının 3625,0 milyon manatı büdcəyə transfer edilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2010-cu ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 9 578,2 milyon manat, büdcə xərcləri isə 3 944,6 milyon manat təşkil etmişdir.
Fondun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ilin 9 ayında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 458,7 milyon manat təşkil edib. O cümlədən mənfəət neftinin və qazın satışından 9 346,0 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 105,0 milyon manat, tranzit gəlirləri 5,4 milyon manat, akrhesabı ödənişlər 1,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,1 milyon manat gəlir əldə olunub. Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 119,5 milyon manata bərabər olub.
ARDNF-də bildirirlər ki, hesabat dövründə Fondun 2010-cu il büdcəsinin icrası çərçivəsində 3625,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 80,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 109,6 milyon manat və 112,1 milyon manat sərf olunub.
Bundan başqa, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə ARDNF-dən 3,8 milyon manat vəsait ayrılıb. 2,9 milyon manat “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2010-cu ilin 9 ayı ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 11,2 milyon manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərclərinə gəlincə, bu, 164,9 milyon manat təşkil edib. Oktyabrın 1-ə olan məlumata görə, hazırda ARDNF-nin aktivləri ilin əvvəlinə (14 900,4 milyon ABŞ dolları) nisbətən 45,8 faiz artaraq 21 720,8 milyon dollara bərabər olub.
Elxan SALAHOV

Oxşar yazılar

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36