Tikintidə qiymətlər artıb
Komitədən Lent.az-a verilən məlumata görə, ilin III rübündə tikinti işlərində qiymətlər II rübə nisbətən 0,8 faiz artıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol tikintisində isə 0,6 faiz bahalaşma müşahidə edilib.
Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,2 faiz artıb. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,5 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 1,3 faiz bahalaşıb. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi 0,9 faiz, inzibati binaların inşası üzrə qiymətlər isə 1,6 faiz artıb.
Elxan SALAHOV

857