Azərbaycanın xarici ticarətində birinci yeri İtaliya tutur
2010-cu ilin 9 ayında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə 20,2 milyard dollar məbləğində idxal-ixrac əməliyyatları aparıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 15,7 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,5 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. Bu dövr ərzində 11,2 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Komitənin hesablamalarına görə, 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 40,7 faiz, o cümlədən ixrac 56,8 faiz, idxal 3,8 faiz artıb. İdxal-ixrac əməliyyatlarının 56,7 faizi Avropa, 31,8 faizi Asiya, 10,2 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,2 faizi isə Okeaniyanın payına düşür.
Xarici ticarət əməliyyatlarının 25,1 faizi İtaliya, 8,2 faizi Fransa, 7,4 faizi ABŞ, 7,1 faizi İsrail, 6,4 faizi Rusiya, 4,7 faizi Ukrayna, 3,7 faizi İndoneziya, 3,2 faizi Türkiyə, 3,1 faizi Çin, 3,0 faizi Malayziya, 2,7 faizi Xorvatiya, 1,8 faizi Almaniya, 1,7 faizi Sinqapur, hər birində 1,6 faiz olmaqla Kanada, Hindistan, Gürcüstan, qalan 17,1 faizi digər dövlətlərlə aparılıb.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18