Azərbaycanda müdafiə təyinatlı məhsul istehsalı 3,2 dəfə artıb
Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, hesabat dövrü ərzində 2010-cu ilin Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturları ilə 82,0 milyon manat həcmində müqavilələr bağlanılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə müdafiə təyinatlı məhsul istehsalında 3,2 dəfə artım əldə edilib. Eyni zamanda hesabat dövründə müəssisələrdə 19,3 milyon manatlıq mülki məhsul istehsal edilmişdir. Bu il Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq 98 mövzu üzrə 108 məmulatın yaradılması nəzərdə tutulub. Hesabat dövründə 6 mövzu üzrə işlər tam başa çatdırılıb, 45 mərhələ yerinə yetirilib, digər mərhələlər üzrə işlər davam etdirilir.
İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi. Dövlət Müdafiə Sifarişi Proqramının və digər proqnoz göstəricilərin icrası istiqamətində tapşırıqlar verilib.
Sonda nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələrdə görülmüş işləri yüksək qiymətləndirib. O qeyd edib ki, birlik və müəssisələr ölkənin müdafiə qüdrətinin gücləndirilməsi naminə respublikanın Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən silah və döyüş sursatları ilə təmin edilməsi istiqamətində nazirliyin qarşısında qoyulmuş mühüm vəzifələrin icrası üçün bütün gücünü səfərbər etməlidir.

742