9 ayda 1284 ton yararsız ərzaq məhsulu satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda sayca 5-ci konfrans bu gün Şirvanda keçirilib. Tədbirdə dövlət qurumları və ictimai təşkilatların nümayəndələri, Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdə Dövlət Xidmətinin rəisi Zahid İsayev çıxış edərək keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, bu ilin 9 ayında Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 1284 ton müxtəlif növ yararsız ərzaq məhsulları satışdan çıxarılıb. Bu məhsulların 267 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 586,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb. Bu məhsullardan 256,9 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 142,9 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir.
Xidmət rəisi deyib ki, yanvar-sentyabr ayları ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində ümumilikdə 1278 qərar qəbul olunub. İnzibati xətaya yol vermiş şəxslər 1834,1 min manat məbləğində cərimə edilib. Onun sözlərinə görə, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə də xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən də o, istehlakçıları öz hüquqlarını öyrənməyə, sahibkarları isə istehlakçı hüquqlarının müdafiəsi sahəsində vəzifələrinə ciddi əməl etməyə çağırıb.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34