17 mindən artıq torpaq sahəsi dövlət qeydiyyatına alınıb
28 oktyabr 2010 12:08 (UTC +04:00)

17 mindən artıq torpaq sahəsi dövlət qeydiyyatına alınıb

2010-cu il 1 oktyabr tarixinə 17 mindən artıq torpaq sahəsi haqqında məlumatlar reyestrdə qeydiyyata alınıb. Bunlardan 6031-i fiziki və qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin, 5715-i isə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələridir.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ötən 9 ayda ərzində respublika üzrə 71 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunun 22 minə yaxını ilkin, 49 minə yaxını isə təkrar qeydiyyat təşkil edir. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 14355-i mini fərdi yaşayış və bağ evi, 28983-ü mənzil, 22 min 720-si torpaq sahəsi, 2069-u qeyri-yaşayış binası, 1413-ü qeyri-yaşayış sahəsi, 408-i əmlak kompleksi, 571-i çoxillik əkmə, 11-i çoxmərtəbəli yaşayış binası təşkil edir. Bununla yanaşı hesabat müddətində 15 min 441 ipoteka müqaviləsi, 347 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. 2010-cu ildə hüquqi və fiziki şəxslərə 48 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 26 min digər müxtəlif məzmunlu arayışlar verilib, 50 min daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

Hesabat dövründə üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 30 mini (42,6 faizi), tərtib edilmiş texniki pasportlardan 22,6 mini (35,8 faizi), dövlət qeydiyyatına alınmış ipoteka müqavilələrindən 7 mini (50,1 faizi), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 15,4 mini (32,6 faizi), əhaliyə xidmətlə bağlı arayışlardan 16 mini (61,3 faizi), tərtib edilən müayinə aktlarından 15,4 mini (30,7 faizi) Bakı şəhərinin payına düşür.

Komitədə bildirirlər ki, oktyabrın 1-dək 11 minə yaxın dövlət təsisatı malik olduğu 125 min daşınmaz əmlakları barədə məlumatlar dövlət qeydiyyata alınıb. 2010-cu ildə dövlət əmlakının reyestrində 2300-ə yaxın müəssisə və təşkilatlardan daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında qeydiyyat vərəqələri daxil olub və məlumat bazasına işlənib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar