“Unibank” kreditləşmə prosesini sürətləndirən “ucas” sistemini tətbiq edir
28 oktyabr 2010 10:33 (UTC +04:00)

“Unibank” kreditləşmə prosesini sürətləndirən “ucas” sistemini tətbiq edir

“Unibank”, Azərbaycanda birincilərdən olaraq, ekspress-kreditləşdirilmənin keyfiyyətcə yeni modelinə və bütün filial şəbəkəsi üzrə risklərin operativ sürətdə təhlilinə keçib. Bankın mütəxəssisləri “F-Line Technologies” (FLT) şirkətinin dəstəyi ilə unikal “UCAS” (Unibank Credit Analytical System) analitik sisteminin tətbiq edilməsi üzrə işlər başa çatdırılıb.

Yeni sistem kredit riskləri şöbəsinin əməkdaşları tərəfindən kredit sifarişlərinin işlənməsinin sürətləndirilməsi və borcalanların kredit qabiliyyətinin qiymətləndirilməsi alqoritmində daha mürəkkəb hesablamaların nəzərə alınması məqsədilə hazırlanıb və tətbiq edilir. Təhlil üçün zəruri olan bütün məlumatları, maliyyə göstəriciləri, kredit tarixçəsi, kreditin alınması üçün sifarişlərin də daxil olmaqla, “UCAS” sistemi avtomatik olaraq, kredit müfəttişləri tərəfindən daxil edilən elektron memorandumdan oxuyur. Bu layihə Bankın memorandumların elektron sənəd dövriyyəsi və kredit müqavilələrinin vahid analitik informasiya sistemində aparılması praktikasına keçidinin həyata keçirilməsi üçün reallaşdırılıb. Qeyd etmək lazımdır ki, “UCAS” kredit sifarişlərinə, müştərinin fəaliyyət növündən, onların biznesinin miqyasından və ya yerləşdiyi yerdən asılı olmayaraq, unikal yanaşmanı təmin edir. Bu “Unibank”a, kredit portfelinin keyfiyyətinin məqbul səviyyəsinin qorunub saxlanması hesabına, müştərinin tələblərinə və prioritetlərinə cavab vermək, həmçinin etibarlı və maliyyə baxımından dayanıqlı müştərilərin dairəsini genişləndirmək imkanı verir. “UCAS” proqramına dair Bankın müstəsna müəlliflik hüququ artıq Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.

“Müasir informasiya texnologiyalarının tətbii bankımızın prioritetlərindən biridir” - deyə, Bank texnologiyaları və innovasiyaları bölməsinin rəhbəri Səttar Kazımov bildirib: “Bizim atdığımız hət bir addım ancaq bir məqsədə – “Unibank”ın istənilən filialında və ya şöbəsində müştərilərimizə keyfiyyətli xidmətin göstərilməsi məqsədinə yönəlib. Bundan əlavə, yeni sistem yeni məhsulların tətbiq edilməsində və kredit risklərinə nəzarəti daha keyfiyyətli səviyyədə yerinə yetirməkdə bizə yardım edəcək, bu isə heç də az əhəmiyyətli amil deyil”. S.Kazımovun sözlərinə görə, “UCAS” ilk növbədə, ekspress-kreditləşdirilmə də daxil olmaqla, biznesin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bu sistem, real vaxt rejimində əhəmiyyətli sayda sifarişlərin işlənməsini təmin etmək iqtidarında olduğundan, onun tətbiqi ilə Bankın bütün 26 filialı və şöbələrində qərarların qəbul edilməsi sürəti artıb. Qeyd etmək lazımdır ki, hazırda yeni sistemdə Bank tərəfindən artıq 300-ə yaxın kredit verilib.

Xatırladaq ki, “Unibank” həmçinin ölkədə xüsusi skorinq sistemini – “Data Mining” modeli üzərində qurulmuş USS-i (Unibank Scoring System) tətbiq edən ilk bank təsisatıdır. Bu proqram məhsulu, ən az müddətdə müştərinin kredit qabiliyyətinin qiymətləndirilməsini yerinə yetirməyə imkan verərək, kredit prosedurunu, kredit müqaviləsinin tərtib edilməsinə qədər, avtomatik şəkildə icra edir. Maraqlıdır ki, skorinq sistemi təkcə müştəriyə kreditin verilib-verilməməsini müəyyənləşdirmir, həm də ona məqbul olan digər kreditləşdirilmə şərtlərini təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849

Oxşar yazılar